“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC bank xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan “Azərpoçt”un bu imkanları çərçivəsində “Expressbank” ASC ilə birlikdə Agent Bankçılıq layihəsi daxilində pilot tərəfdaşlığa start verilib.
Artıq 2025-ci ilin noyabr ayından etibarən “Azərpoçt”un Cəlilabad filialı bu istiqamətdə agent xidmətlərini təqdim edir və bu dövr ərzində ilk uğurlu əməliyyat həyata keçirilib. Yaxın müddətdə əməkdaşlığın digər regional filiallarda da genişləndirilməsi planlaşdırılır.
Hazırda “Azərpoçt” banklarla əməkdaşlıq çərçivəsində aşağıdakı agent xidmətlərini təqdim edir:
• hesabların açılması;
• müştərilərin identifikasiyası;
• bank filialları və bankomatlar üçün inkassasiya xidmətlərinin göstərilməsi;
• banklarla tərəfdaşlıq çərçivəsində kredit məhsullarının təqdim edilməsi və digər agent xidmətləri.
Agent bankçılıq modeli “Azərpoçt”un ölkəni əhatə edən geniş xidmət şəbəkəsinin potensialından yararlanaraq, xüsusilə kənd və kiçik şəhərlərdə bank məhsullarının birbaşa poçt filialları vasitəsilə təqdim olunmasına şərait yaradır.
Bu əməkdaşlığın regionlarda bank xidmətlərinə çıxışı daha da genişləndirəcəyi və müştərilərə daha sürətli və rahat maliyyə həllərinin təqdim edilməsinə imkan yaradacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
8 d. əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
- 17 d. əvvəl
-
59 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
1 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanda 5 bankın hər birinin problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb





















