Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank sektorunda tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.

Beynəlxalq reytinq agentliyi Moody’s-in yaydığı məlumata görə, bu, aktivlərin sabit keyfiyyətində, kifayət qədər ehtiyatların formalaşdırılmasında və bankların möhkəm kapital mövqelərində özünü göstərir.

Reklam_3_11

Agentlik qeyd edir ki, Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsinin “baa” səviyyəsində olması bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir və bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.

Moody’s hesabatında bildirilir ki, bank sektorunda islahatların davam etdirilməsi, o cümlədən likvidliyin və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə bundan sonra da müsbət təsir göstərəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən ilin 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapitalın adekvatlıq əmsalları, kapital buferləri və bir sıra digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.

Banklara yeni kapital strukturuna uyğunlaşmaq, daxili qayda və prosedurlarını yenilənmiş normativ tələblərə uyğunlaşdırmaq, habelə işçi heyətinin təlimi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün bir illik keçid dövrü təqdim olunub.

1 yanvar 2027-ci ildən etibarən banklar yeni tələblərə tam şəkildə riayət etməyə borclu olacaqlar.

XXX

Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5 %-ni təşkil edəcək

"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək.

"Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 %-ni təşkil edib. 2025-ci ilin yekunlarına görə, orta neft qiyməti bir barel üçün təxminən 70 ABŞ dolları olmaqla, bu göstəricinin 3,7 milyard dollar səviyyəsində olması gözlənilir.

XXX

Moody`s" Azərbaycanda inflyasiyanın 2026-2027-ci illərdə yavaşlayacağını proqnozlaşdırır

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2028-ci ilədək 4 %-ə enəcəyini proqnozlaşdırır.

"Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.

Agentliyin gözləntilərinə əsasən, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə, 2027-ci ildə isə 4 %-ə qədər yavaşlayacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.

XXX

Moody`s": Azərbaycanda ÜDM artımı 2026-cı ildə 3 % təşkil edəcək

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb.

Agentlik 2027-ci ildə Azərbaycanın iqtisadi artımının 2,5 % təşkil edəcəyini gözləyir.

Beləliklə, agentliyin qiymətləndirmələrinə görə, 2026-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2,75 %-ə bərabər olacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.

İş elanları AzVak.az-da

© "Report"

bank sektorunda tənzimləmə bank nəzarəti bank sisteminin dayanıqlığı Moody’s Azərbaycan Moody’s bank sektoru aktivlərin sabit keyfiyyəti ehtiyatların formalaşdırılması kapital mövqeyi bank risk qiymətləndirilməsi baa reytinq kiçik bank sistemi şərti öhdəlik riski Basel III tələbləri likvidlik idarəetməsi risklərin idarə olunması bank islahatları Azərbaycan Mərkəzi Bankı kapital adekvatlığı qaydaları prudensial tələblər kapital buferləri bank kapital strukturu kapital adekvatlıq əmsalları keçid dövrü yeni kapital tələbləri 1 yanvar 2027 bank prudensial hesabatlılıq tədiyyə balansı profisiti cari əməliyyatlar hesabı ÜDM-in 5%-i Moody’s proqnozları 2026 tədiyyə balansı 2027 tədiyyə balansı 2025 profisit neft qiyməti orta neft qiyməti 70 dollar inflyasiya proqnozu Azərbaycanda inflyasiya 2026 inflyasiya
22.01.2026 10:58

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18