Karandaşdan İT avadanlıqlarına qədər satan "Simplex" şirkəti "tender ulduzu"na çevrilir
Bu il şirkət təxminən 44 milyon manatlıq sifarişlər alıb."Simplex" QSC Elm və Təhsil Nazirliyinin tenderlərdə üstünlük verdiyi şirkətlərdən birinə çevrilib.
Marja.az xəbər verir ki, "Simplex" şirkəti 2022-ci ildə dövlət qurumları tərəfindən keçirilmiş tenderlərdə 8 dəfə qalib olub, o cümlədən, 4 dəfə Elm və Təhsil Nazirliyinin tenderlərində qalib elan edilib.
2022-ci ildə "Simplex" QSC qalib olduğu tenderlər üzrə 43 milyon 781 min manatlıq müqavilələr bağlayıb. Müqavilələrin 43 milyon 322 min manatlıq hissəsi Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanmış müqavilələr üzrə olub.
Satınalma portalında verilən məlumata görə, 2021-ci ildə "Simplex" QSC Elm və Təhsil Nazirliyindən “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasıüzrə 241 milyon 673 min 225 manatlıq və "İdman inventarının və digər avadanlıqların satın alınması" üzrə 146 milyon 486 min 551 manatlıq sifarişlər də alıb. Qeyd edək ki, bu məbləğlər yanlış da ola bilər, çünki satınalma portalında müqavilə məbləğlərinin səhv daxil edilməsi halları tez-tez baş verir.
"Simplex" QSC 2021-ci ildə 24 dəfə tender və müsabiqə qalibi olub. Şirkət ötən il də ən böyük məbləğli müqavilələri Elm və Təhsil Nazirliyi ilə bağlayıb.
Elm və Təhsil Nazirliyi "Simplex" QSC-dən, idman inventarı və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana ləvazimatları və təsərrüfat malları, yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər, kartriclər satın alır.
2015-ci ildən fəaliyyət göstərən "Simplex" QSC sadə karandaşdan, mürəkkəb İT avadanlıqlarına qədər məhsul və xidmətlərin tədarükü üzrə ixtisaslaşıb. 2 min manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A-dır (City Point iş mərkəzi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






