"Azərenerji" zərərdən mənfəətə keçib
"Azərenerji" ASC 2021-ci ili 147 milyon 227 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, dövlət şirkəti 2020-ci ili 206 milyon 924 min manat xalis zərər ilə bağlamışdı. Xalis mənfəət ilə əlaqədar olaraq "Azərenerji"nin yığılmış zərəri 2 milyard 748 milyon 472 min manatdan 2 milyard 601 milyon 245 min manata düşüb (xalis mənfəət qaədər azalıb). Xalis mənfəət- satışdan gəlirlərin artması, maliyyə xərclərinin azalması və xarici valyuta mübadiləsindən gəlir əldə edilməsi hesabınadır.
Ötən il "Azərenerji"nin satışdan gəlirləri 207 milyon 733 min manat və ya 19,4% artıb.
Marja.az "Azərenerji" ASC-nin 31 dekabr 2021-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə enerji satışından gəlirlər 1 milyard 73 milyon 179 min manat ikən, 2021-ci ildə 1 milyard 280 milyon 912 min manata yüksəlib.
Ötən il "Azərenerji" ASC-nin cəmi əməliyyat gəlirləri 1 milyard 320 milyon 335 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 189 milyon 775 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 130 milyon 560 min manat təşkil edib. 2020-ci ildə "Azərenerji" ASC-nin cəmi əməliyyat gəlirləri 1 milyard 122 milyon 327 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 25 milyon 131 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 97 milyon 196 min manat təşkil etmişdi. Cəmi əməliyyat gəlirlərinin 198 milyon 8 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 164 milyon 644 min manat artıb. GƏlirlər xərclərdən daha çox artdığı üçün şirkətin əməliyyat mənfəətində 33 milyon 364 min manat artım yaranıb.
Ötən il "Azərenerji" ASC xarici valyutasının mübadilə əməliyyatlarına görə 84 milyon 420 min manat gəlir əldə edib (2020-ci ildə 83 milyon 790 min manat zərər etmişdi).
2022-ci il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 milyard 147 milyon 832 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3 % azalaraq 2 milyard 503 milyon 293 min manata düşüb, balans kapitalı isə 13,65 % artaraq 1 milyard 644 milyon 539 min manata çatıb.
Səhmləri 100% dövlətə məxsus olan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir.
Azərbacan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev "Azərenerji" ASC-nin prezidenti təyin edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















