“Bank of Baku”nun kredit portfeli 22%-dən çox artıb
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə “Bank of Baku” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 78 milyon 597 min manat və ya 22,1% artaraq 433 milyon 991 min manata yüksəlib (31 Mart 2022-ci il tarixinə olan məlumat).
Marja.az xəbər verir ki, ilk 3 ayda Bankın istehlak kreditləri portfeli (əhaliyə verilən nağd pul kreditləri) 50 milyon 108 min manat artaraq 288 milyon 640 min manata, biznes kreditləri portfeli 24 milyon 410 min manat artaraq 126 miylon 282 min manata, ipoteka kreditləri portfeli 4 milyon 81 min manat artaraq 19 milyon 69 min manata çatıb.
Qeyd edək ki, “Bank of Baku”nun kreditlərdən faiz gəlirləri sürətlə artmaqdadır. Belə ki, 2022-ci ilin 1-ci rübündə “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 174 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 648 min manat təşkil edib. “Bank of Baku” ASC 2022-ci ilin 1-ci rübünü 9 milyon 883 min manat xalis mənfəət ilə başa vurub. “Bank of Baku”nun xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 2,4 dəfə artıb. Bank 2021-ci ilin yanvar-mart dövrünü 4 milyon 109 min manat xalis mənfəət ilə bağlamışdı.
Həmçinin oxu
“Bank of Baku”nun xalis mənfəəti 2 dəfədən çox artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























