“Bank of Baku”nun xalis mənfəəti 2 dəfədən çox artıb
“Bank of Baku” ASC 2022-ci ilin 1-ci rübünü 9 milyon 883 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, “Bank of Baku”nun xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 2,4 dəfə artıb. Bank 2021-ci ilin yanvar-mart dövrünü 4 milyon 109 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB
2021-ci ilin ilk rübündə Bankın cəmi faiz gəlirləri 14 milyon 75 min manat ikən, 2022-ci ilin ilk rübündə 21 milyon 32 min manat təşkil edib (49,4% artıb). "Bank of Baku"nun qeyri-faiz gəlirləri isə 3 milyon 284 min manatdan 3 milyon 143 min manata geriləyib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin 1-ci rübündə “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 174 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 648 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 7 milyon 526 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 3 milyon 642 min manat mənfəətə əlavə edilib. “Bank of Baku” 11 milyon 169 min manat mənfəətindən 1 milyon 285 min manat mənfəəət vergisi ödəyib.
Xatırladaq ki, 2021-ci ilin 1-ci rübündə “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri 17 milyon 359 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 174 min manat, əməliyyat mənfəəti 4 milyon 185 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 715 min manat mənfəətə əlavə edilmiş və Bank 4 milyon 900 min manat mənfəətindən 790 min manat mənfəət vergisi ödəmişdi.
BANKIN BÖYÜKLÜYÜ YARIM MİLYARD MANATI KEÇİB
2021-ci ilin sonu ilə müqayisədə ilk rübdə “Bank of Baku” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 78 milyon 597 min manat və ya 22,1% artaraq 433 milyon 991 min manata yüksəlib. Bankın cəmi aktivləri isə 21,4% artaraq ötən ilin sonundakı 432 milyon 230 min manatdan 31 Mart 2022-ci il tarixində 524 milyon 675 min manata çatıb.
31 Mart 2022-ci il tarixində “Bank of Baku” 108 milyon 889 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























