"Baktelecom" təxminən 14 milyon manatlıq zərərin səbəbini açıqlayıb
“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) 2020-ci ili 13 milyon 712 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ili 10 milyon 980 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja-nın məlumatına görə, “Bakı Telefon Rabitəsi” MMC-nin 2020-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalında bildirilir ki, cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2019-cu illə müqayisədə 2020-ci ilin gəlirləri 7,3% artaraq 77 milyon 922 min manata çatmışdır. Gəlirlərdəki artıma uyğun olaraq, maya dəyəri üzrə 2020 xərclərində də müvafiq artım müşahidə edilmişdir. Cəmiyyətin təsərrüfat fəaliyyətində əməliyyatların genişlənməsinə baxmayaraq, xərclərin düzgün idarəedilməsi nəticəsində ümumi, inzibati və digər əməliyyat xərcləri 2020-ci ildə 4% azalaraq 20 milyon 415 min manat təşkil etmişdir. Pandemiya və müharibə şəraiti ilə əlaqədar digər əməliyyat gəlirlərində isə kəskin azalma baş vermiş və əməliyyat fəaliyyəti üzrə mənfəətin 28% azalaraq 2 milyon 586 min manat təşkil etməsinə səbəb olmuşdur.
Qeyd edilib ki, Cəmiyyətin vergidən öncəki mənfəəti 2020-ci ildə 2 milyon 412 min manat təşkil etsə də, mənfəət vergisi xərcinin kəskin artması ilə əlaqədar olaraq Cəmiyyət müşahidə edilən ili 13 milyon 712 min manat zərərlə başa vurmuşdur.
“Mənfəət vergisi xərcinin artımına səbəb təxirə salınmış vergi aktivinin silinməsi olmuşdur. Belə ki, audit prosesi davam etdirilən dövrdə məlum olmuşdur ki, Cəmiyyət yaxın gələcəkdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan digər quruma - Aztelekom MMC-yə birləşəcəkdir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına görə əgər Cəmiyyətin hüquqi olaraq ləğv edilməsi və fəaliyyətinin başqa bir müəssisəyə birləşərək davam etdirilməsi ilə bağlı aşkar bir məlumat varsa, yerli və beynəlxalq uçotda vergiyə görə yaranan müvəqqəti fərqlər (təxirə salınmış vergi aktivi) birdəfəlik xərcə silinir və yeni yaranacaq müəssisənin beynəlxalq uçotunda nəzərə alınır. Bir sözlə, Cəmiyyətin beynəlxalq uçota əsasən 2020-ci ili zərərlə bitirməyinin səbəbi birbaşa onun təsərrüfat fəaliyyəti ilə deyil, qərara alınmış strateji yeniliklərdən yaranan mövcud vəziyyət ilə əlaqədardır”, - İcmalda bildirilir.
İcmalda qeyd edilib ki, 2020-ci ildə Cəmiyyətə dövlət büdcəsindən 18 milyon 136 min manat məbləğində vəsait ayrılmış və həmin məbləğ informasiya təhlükəsizliyinin təmin edilməsi üçün dövlət əhəmiyyətli avadanlıqların alınmasına xərclənmişdir. Ümumilikdə Cəmiyyətin 2020-ci ilin sonuna pul vəsaitlərinin vəziyyəti ötən illə müqayisədə xeyli yaxşılaşaraq 698 min manatdan 1 milyon 475 min manata qədər artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
3 d. əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
-
13 d. əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 27-də gözlənilən hava şəraiti
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
Ən çox oxunanlar
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır

















