“Smart Electronics”in sahibi: 2022-nin sonunadək mağazaların sayını 10-a çatdırmağı hədəfləyirik
“2022-ci ilin sonunadək “Smart Electronics” mağazalarının sayının 10 çatdırılması nəzərdə tutulur”.
Bunu Marja.az-a “Smart Electronics” şirkətinin təsisçisi Samir Qəhrəmanov bildirib.
“Bu gün istifadəyə verilən mağaza ilə “Smart Electronics” filiallarının sayı 5-ə çatır. 2022-ci ilin sonunadək daha 5 mağazanı istifadəyə verərək filialların sayını 10-a çatdırmağı nəzərdə tuturuq. İlin qalan dövründə açılacaq 5 mağazanın 4-ünü Bakıda, 1-ni isə Sumqayıtda istifadəyə verməyi planlaşdırırıq. Növbəti mərhələdə Gəncə və Bərdə başda olmaqla digər şəhər və rayonlarda “Smart Electronics” mağazasının istifadəyə verilməsi hədəflənir. Gələcəkdə regionlarda daha çox mağaza açmaq və mövcud mağazaları daha da genişləndirmək niyyətindəyik. 2023-cü il üçün hədəflərimiz daha da yüksəkdir”, - Samir Qəhrəmanov deyib.
İş adamı qeyd edib ki, “Smart Electronics” şəbəkəsinin ən böyük mağazası Aprel ayında Hövsan qəsəbəsində istifadəyə veriləcəkdir. Bu mağazanın ümumi sahəsi 530 kvadrat metrdir.
Qeyd edək ki, 26 Mart 2022-ci il tarixində 5-ci "Smart Electronics" mağazası Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 26B ünvanında (Qara Qarayev metrosunun çıxışı) istifadəyə verilib. Həmçinin Bakıda "Smart Electronics"in İnşaatçılar (Şərifzadə küç. 259), Nizami (M.Naxçıvani küç. 15), Əhmədli (Sarayevo küç. 10C) və 28 may (Dilarə Əliyeva küç. 212) filialları da fəaliyyət göstərir.
Samir Qəhrəmanov “Smart Electronics”in digər şəbəkələrdən üstünlüklərini də açıqlayıb:
“Qiymətlərimiz, kredit və hissə-hissə satış şərtlərimiz daha münasibdir, komissiya yoxdur. Komissiyanın olmaması və daha mülayim kredit şərtlərmiz bizim üstünlüyümüzdür. Nağd alışlarda özəl endirimlərimiz mövcuddur. Ən böyük üstünlüyümüz ikinci əl mobil telefonların geniş çeşididir. Bütün filiallarımızda böyük vitrində ikinci əl telefonlar çox sərfəli şərtlər ilə təklif olunur. Digər şəbəkələrin heç birində ikinci əl telefonların kreditlə satışı yoxdur, lakin “Smart Electronics”də bu mümkündür”.
Samir Qəhrəmanov, “Yüksək qazanc barədə fikirləşmirik, sırf kütlə üçün məhsulların və satış şərtlərinin daha əlverişli olması barədə düşünürük” deyərək əlavə edib:
“Mobil telefonlar 18 ayadək, məişət texnikları 24 ayadək hissə-hissə ödənişlə təklif olunur. Əgər müştəri daha çox ilkin ödəniş və qalan hissəni daha qısa müddətə ödəyə bilərsə məhsulu nağd alış qiymətindən də aşağı qiymətə əldə edə bilər”.
Həmçinin Samir Qəhrəmanov qeyd edib ki, “Smart Electronics”tanınmış elektronika məhsulları istehsalçılarının rəsmi dileridir. Gələcəkdə bir sıra şirkətlərin rəsmi satış mərkəai olmaq üçün danışıqlar aparılır: “Bir sıra elektronika şirkətləri ilə onların distribyütoru və ya satış nümayəndəliyi olmaq üçün danışıqlar aparırıq”.
Qeyd edək ki, "Smart Electronics" 2016-cı ildə fəaliyyətə başlamış və elektronika məhsullarının satışını həyata keçirən şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
8 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
8 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
9 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
9 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

























