Keçən il Naftalanda 16 minə yaxın adam müalicə alıb
Onların arasında ABŞ, Almaniya, İsrail, Fransa və İsveçrə kimi ölkələrin vətəndaşları da olubKeçən il Naftalanın sağlamlıq-turizm mərkəzlərinə 17 minə yaxın turist üz tutub. Möcüzəvi şəfası ilə dünyada məşhur olan naftalan vannasından yararlanmaq məqsədi ilə Naftalan şəhərinə 46 ölkədən 1700-dən çox xarici turist gəlib. Hər zamankı kimi, siyahıya 1161 nəfər vətəndaşı ilə Rusiya başçılıq edir. Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb. Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumbiya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da vardır.
Kurort şəhəri həm də yerli vətəndaşların müalicə ünvanına çevrilib. Belə ki, 15 mindən çox ölkə vətəndaşı burada müalicə alıb və istirahət edib. Turizm üzrə ixtisaslaşmış yerli mütəxəssislərin fikrincə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında öncül mövqelərdən birinə sahibdir.
Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3000-ə yaxın turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Yaxın gələcəkdə şəhərdə tikintisi davam etdirilən yeni turizm obyektləri istifadəyə verildikdən sonra Naftalan gün ərzində ümumilikdə 3500-dən artıq turistə hotel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 23 d. əvvəl
- 39 d. əvvəl
-
40 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
51 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)








.jpg)






