Rusiyada koronavirusa yoluxma faktında rekord qeydə alınıb
Rusiyada son 24 saatda yeni növ koronavirusa 40 min 933 yeni yoluxma qeydə alınıb.
Marja xəbər verir ki, bu, pandemiya ərzində qeydə alınmış ən yüksək gündəlik yoluxma faktıdır. İndiyə qədər qeydə alınmış cəmi yoluxanların sayı isə 8 milyon 513 min 790-a çatıb.
Son 24 saatda koronavirus səbəbindən 1158 nəfər vəfat edib. İndiyə qədər Covid-19 virusundan ölənlərin sayı 238 min 538-ə çatıb.
Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkədə 1 həftə qeyri-iş günü elan edilib. Məqsəd yoluxmaları azaltmaqdır.
Təxminən 145 milyon əhaliyə malik olan ölkədə, 50 milyondan bir qədər çox insan peyvənd edilib.
Oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana görə, işçilərin əmək haqları saxlanılmaqla 2021-ci il oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri müəyyən edilib. Epidemiyanın yeni dalğasını aşağı salmaq üçün belə tədbirlər görülür. Həmçinin rayon rəhbərlərinə yerlərdə vəziyyətlə əlaqədar əlavə qeyri-iş günləri tətbiq etmək səlahiyyəti verilib. Əksər bölgələrdə bir həftədən çox müddətə qeyri-iş günü rejiminin tətbiq edilməməsi qərara alınıb, lakin bəzi sərt tədbirlər görülüb: Rusiyanın demək olar ki, bütün bölgələrində müəssisə və bağlı yerlərə QR kod sistemi ilə daxil olmaq tətbiq edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















