Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32 milyon manat və ya 0,9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan transfert isə 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.

Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 500 milyon manat proqnoza qarşı 1 milyard 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

Yanvar ayında dövlət büdcəsinin icrasında 2 milyard 269,7 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri  isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib.

12.02.2026 14:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18