Kapital Bank meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərdi
(®️) Son günlər Türkiyənin bir sıra bölgələrində yayılan meşə yanğınları nəticəsində ölkənin təbiətinə ciddi zərər dəyib. Təbii fəlakətin və onun nəticələrinin aradan qaldırılması üçün həm dövlətimiz, həm də Azərbaycanın müxtəlif qurumları qardaş ölkəyə əlindən gələn dəstəyi göstərməyə çalışırlar.
Bir müddət əvvəl Azərbaycan Banklar Assosiasiyası Türkiyədə baş vermiş yanğınlar səbəbindən məhv olan meşələrin bərpası məqsədilə xeyirxah təşəbbüsə start verdi. Ölkənin birinci bankı olan Kapital Bank bu təşəbbüsə qoşularaq qardaş ölkəyə öz dəstəyini göstərdi.
Belə ki, Kapital Bank yardım məqsədilə hər bir əməkdaşının adından 5 ədəd olmaqla, ümumilikdə Türkiyəyə 18970 ədəd ağac tingi bağışladı. Bankın atdığı bu addım bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı çətin anlarda da bütün dünyaya nümunədir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
11 d. əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
-
24 d. əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
2 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı










.webp)












