Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Yəmənin böyük hissəsini nəzarət altında saxlayan İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətinə tam qadağa qoyduqlarını açıqlayıblar. “Amerika-İsrail təcavüzünə qarşı özlərini müdafiə etmək” hüquqlarının olduğunu bildirən qrup regiondakı bütün düşmən hərəkətliliklərini hərbi hədəf kimi gördüklərini bəyan edib.Yəməndəki Husi hərəkatı yaydığı bəyanatla qlobal dəniz ticarəti və logistika xətlərinə birbaşa təsir edəcək kritik qərar qəbul etdiyini elan edib.
Marja xəbər verir ki, açıqlamada, “Qırmızı dənizdə İsrailin dəniz nəqliyyatına qarşı tam və hərtərəfli qadağa elan edirik. Düşmənə aid bütün hərəkət edən vasitələri silahlı qüvvələrimiz üçün qanuni hərbi hədəf kimi qəbul edirik”, - ifadələrinə yer verilib.
Husilərin Qırmızı dənizdə ticarət gəmilərini tamamilə əngəlləməyə yönəlmiş bu sərt addımı ABŞ-İsrail ittifaqı ilə İran arasında regional münaqişələrin dördüncü ayına daxil olduğu dövrə təsadüf edir.
İsrailin Qəzzadakı əməliyyatlarının başladığı 2023-cü ilin oktyabrında husilər Fələstin xalqı ilə həmrəylik içində olduqlarını əsas gətirərək İsraillə əlaqəli və ya bu ölkədəki limanlara doğru hərəkət edən ticarət gəmilərinə qarşı hücumlara başlamışdılar. Son mərhələdə qrup, hücumların miqyasını genişləndirərək Qırmızı dəniz marşrutunu İsrailin və ya İsraillə əlaqəli bütün dəniz daşımalarına tamamilə bağlamaq qərarı qəbul etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 11 d. əvvəl
-
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı

















.jpg)


