Dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyası səbəbindən azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 30 sentyabr 2021-ci il tarixinədək uzadıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Marja-ya verilən məlumata görə, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.
Verilən qərara əsasən, Agentlik tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 30 sentyabr 2021-ci il tarixinədək uzadır.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:
– Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;
– Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;
– Əmək müqaviləsinin surəti.
Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, 1 oktyabr 2020-ci il, 31 dekabr 2020-ci il, 31 mart 2021-ci il, daha sonra isə 30 iyun 2021-ci il tarixinədək uzadılmışdı.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib























