Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq

Böyük Britaniyanın Baş naziri Keir Starmer, mövcud qaydaların uşaqları sosial medianın risklərindən qorumaqda kifayət etmədiyini bildirərək, yaşı 16-dan aşağı olanların sosial media istifadəsini qadağan etmək və ya məhdudlaşdırmaq istiqamətində aylar ərzində addım atacaqlarını açıqlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın Baş naziri Keir Starmer, ölkədə qüvvədə olan qanun-qaydaların uşaqları internetin zərərli təsirlərindən kifayət qədər qorumadığını bildirərək, yaşı 16-dan aşağı olanların sosial media istifadəsinin qarşısının alınması və ya məhdudlaşdırılması ilə bağlı addımların qısa müddətdə atılacağını deyib.

Marja xəbər verir ki, Starmer, Londonda qatıldığı tədbirdə, yaşı 16-dan aşağı olanlara sosial media qadağası və ya məhdudiyyəti planı ilə bağlı açıqlamalar verib.

Bu sahədə sürətli şəkildə bir qanun hazırlayıb qüvvəyə mindirmək niyyətində olduqlarını bildirən Starmer, süni intellekt çat-botlarının da uşaqlar baxımından ciddi risklər daşıdığını və bu mövzuda da zəruri addımların atılacağını qeyd edib.

Starmer, qadağanın problemin həllində nəzərdən keçirilən variantlardan biri olduğuna işarə edərək, “Üç aydır davam edən məsləhətləşmə prosesində əldə edilən sübutlara əsasən qərar verəcəyik” deyib.

Qadağa tətbiq edilib-edilməməsi ilə bağlı müxtəlif fikirlərin olduğunu vurğulayan Starmer, “Bəziləri 16 yaşdan aşağı olan hər kəsə sosial media qadağası tətbiq edilməli olduğunu deyir. Uşaqların Müdafiəsi üzrə Milli Cəmiyyət (NSPCC) kimi uşaqları qoruma sahəsində çalışan qurumlar isə buna "yox" deyirlər. Onlar bunun uşaqları daha qaranlıq guşələrə itələyəcəyini bildirirlər”,- deyib.

Uşaqların sosial medianı faydalı məqsədlərlə də istifadə etdiyini qeyd edən Starmer, “Bizə illərlə deyil, aylar ərzində hərəkət etmək səlahiyyəti verilib. Təkcə yaş məsələsinə deyil, eyni zamanda avtomatik sürüşdürmə funksiyasına malik, sizi davamlı olaraq ekrana bağlayan və sürüşdürməni heç vaxt dayandıra bilməməyinizə səbəb olan cihazlar və tətbiqlər məsələsində də çox sürətli hərəkət etməliyik”, - deyib.

 

17.02.2026 07:57

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18