Azərbaycanda ilk dəfə: Aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayırlar
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqi prosesində növbəti mühüm addım atılıb. İlk dəfə olaraq ölkədə müstəqil aqrar sığorta ekspertləri fəaliyyətə başlayırlar.
Aqrar Sığorta Fondunun yaydığı məlumata görə, Azərbaycanda Türkiyənin TARSİM sisteminin təcrübəsindən yararlanaraq yaradılan aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertləri mühüm vəzifəni yerinə yetirir.
Ekspertlər sığortalanma zamanı təsərrüfatın vəziyyətini müəyyən edir və sığorta risklərini qiymətləndirirlər. Sığorta hadisəsi baş verdikdə isə hadisənin araşdırılması və dəyən zərərin hesablanması da müstəqil sığorta ekspertlərinin vəzifəsinə daxildir.
Nəticədə ilk dəfə olaraq sığorta riskləri və sığorta hadisəsi zamanı dəyən zərər müstəqil mütəxəssislər tərəfindən qiymətləndiriləcək.
Müstəqil aqrar sığorta eksperti seçilmək üçün ölkədə fəaliyyət göstərən baytar, aqronom və digər əlaqəli ixtisasların sahibləri müraciət ediblər. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2 test imtahanında uğurla iştirak edən və Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdən keçən şəxslər müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.
Hazırda 14 mütəxəssisin (9-u heyvandarlıq, 4-ü bitkiçilik) aqrar sığorta eksperti kimi fəaliyyətə başlaması nəzərdə tutulur. Gələcəkdə onların sayının artması və bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki: «Müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyətə başlaması ölkənin bütün ərazisində aqrar sığorta sisteminin səmərəli tətbiqinə imkan verəcək. Bu isə öz növbəsində sığorta hadisələrinin sürətli və ədalətli tənzimlənməsinə, sığorta ödənişlərinin operativ şəkildə həyata keçirilməsinə imkan verəcək».
Əksəriyyəti bölgələrdən olan müstəqil ekspertlər aqrar sığorta fəaliyyəti ilə yanaşı, öz iş yerlərində ənənəvi fəaliyyətlərini də davam etdirə biləcəklər.
Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir, belə ki, ekspertlərin həyata keçirdiyi xidmətlərə görə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı ödənilir. Bundan başqa, ekspertlərin təsərrüfatlara səfəri zamanı yol xərci də Fond tərəfindən qarşılanır. Başqa sözlə, ekspertin fəaliyyəti üçün fermerlər tərəfindən əlavə xərclər tələb olunmur.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi müstəqil aqrar sığorta eksperti sertifikatının alınması ilə bağlı növbəti imtahan elan edib. İmtahan may ayında keçiriləcək və müvafiq ixtisasların sahibləri imtahanda iştirak üçün müraciət edə bilərlər.
Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılıb. 2020-ci ilin sonunda fəaliyyətə başlayan aqrra sığorta mexanizmi vasitəsilə heyvandarlıq (südlük inək və camışlar), 14 bitki növünü (arpa, buğda, çəltik, qarğıdalı, üzüm, çay, pambıq, portağal, naringi, limon, fındıq, şəkər çuğunduru və kartof) və akvakultura (balıqçılıq) məhsullarını sığortalamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
30 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
40 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
46 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















