Bakcell-in müsabiqəsini qazanan 7 layihə
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır.
Bu dəfə müsabiqəyəsahəninən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.
28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.
“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalaraxtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Qeyd etmək lazımdır ki, Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusilə proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isəqruplara öz ideyalarının inkişaf etdirilməsi üzərindədiqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.
2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixindədinlənilərək qiymətləndirilib. Həmin 20 layihədən proqramda iştirak etmək üçün mümkün 25 xaldan 20 və daha çox xal qazanan 7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac.
Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma,biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi. Layihələrin qısa təsviri aşağıda təqdim edilib:
- Blutu– “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .
- ARzoom– interaktiv “Artırılmışreallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.
- Buket.al– gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə pulsuz çatdırılmasını təmin edir.
- Garden– insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.
- Mango– istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.
-CineManiac– “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradanonlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.
- MoodMusic– istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.
AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
1 gün əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
1 gün əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














