Turizm sektorunda ciddi tənəzzül - TURİSTLƏRİN SAYI...
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilmişdir.
2020-ci ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1 faizi Rusiya Federasiyası, 26,1 faizi Gürcüstan, 15,9 faizi Türkiyə, 7,4 faizi İran, 2,1 faizi Ukrayna, 2,0 faizi Hindistan, 1,9 faizi Səudiyyə Ərəbistanı, 1,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2 faiz olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-iyul aylarında Çindən gələnlərin sayı 9,8 dəfə, Cənubi Koreyadan – 9,2 dəfə, İsraildən – 6,5 dəfə, Yaponiyadan və Polşadan – 6,3 dəfə, Macarıstandan – 5,9 dəfə, İraqdan – 5,4 dəfə, Omandan və Səudiyyə Ərəbistanından – 5,3 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,2 dəfə, Kanadadan və ABŞ-dan – 4,9 dəfə, Fransadan – 4,8 dəfə, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan – 4,4 dəfə, Türkmənistandan – 3,9 dəfə, Qətərdən – 3,8 dəfə, İtaliyadan – 3,7 dəfə, Qazaxıstandan – 3,5 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 dəfə azalaraq 218,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi dəmir yolu və avtomobil, 29,5 faizi hava, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,8 faizi İrana, 29,2 faizi Gürcüstana, 20,3 faizi Rusiya Federasiyasına, 10,0 faizi Türkiyəyə, 7,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalmışdır.
2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,7 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
- 4 d. əvvəl
-
-
26 d. əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
37 d. əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
43 d. əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Yeni 100 manatlıq pul nişanı tədavülə buraxıldı
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)






.jpg)






