"Azərbaycanın sığorta şirkətləri üçün əməliyyat şərtlərini əlverişsiz hesab edirik”
Azərbaycanda sığorta xərcləri adambaşı 20-25 dollar səviyyəsində qalacaq“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun risklərini yüksək kimi qiymətləndirir. Bu barədə agentliyin hesabatında deyilir.
“Bizim risk qiymətləndirməmiz Azərbaycanda iqtisadiyyat, siyasət, maliyyə sistemi, ödəniş mədəniyyəti və qanunun aliliyi prinsipinin məruz qaldığı risklər barədə rəyi əks etdirir. Cari makroiqtisadi tendensiyaları, sığorta xidmətlərinin nüfuzetmənin aşağı səviyyəsi və 2020-ci ildə sığorta haqlarının artım perspektivlərinin orta olduğunu nəzərə alaraq, Azərbaycanın sığorta şirkətləri üçün əməliyyat fəaliyyət şərtlərini əlverişsiz hesab edirik”, - hesabatda qeyd edilir.
Agentlik qeyd edir ki, Azərbaycanın qeyri-həyat sığortası sektorunun qiymətləndirilməsi Rusiya, Türkiyə və Portuqaliya üçün analoji qiymətləndirmələrə uyğundur. Həmçinin, qeyd olunan ölkələrdə qeyri-həyat sığortası sektoru müxtəlif inkişaf səviyyələrindədir.
“S&P” sahənin dinamikası və bu seqmentdə fəaliyyət göstərən şirkətlərin gəlirlilik göstəricilərinə müsbət təsir edən sığorta məhsullarının xarakteristikalarını nəzərə alaraq, sektorun gəlirliliyinin yaxşı göstəricilərini vurğulayır.
“Cari makroiqtisadi şərtlər və işgüzar fəallığın və ÜDM-in artım templərinin azaldığını nəzərə alsaq, hesab edirik ki, Azərbaycanda sığorta xərcləri adambaşı 20-25 dollar səviyyəsində qalacaq, sığorta xidmətlərinin nüfuzetmə səviyyəsi isə aşağı olaraq qalacaq və beş il ərzində 0,5% təşkil edən orta göstəriciyə yaxınlaşacaq”, - hesabatda qeyd olunur.
Agentliyin analitiklərinin rəyinə görə, gələcəkdə artım perspektivləri mühüm dərəcədə qeyri-həyat sığortası ilə məşğul olan şirkətlərin tənzimləyici orqanın proqnozlaşdırılan yeni təşəbbüslərinin reallaşdırılması və ortamüddətli perspektivdə yeni sığorta məhsullarını tətbiq etmək bacarığından asılı olacaq.
Hazırda Azərbayanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























