Dövlət istiqrazlarından büdcəyə 659 milyon manat daxil olub
2019-cu il ərzindədaxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə dövlət büdcəsinə 659 milyon manat vəsait daxil olmuşdur.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, dövlət istiqrazları əsasən yerli kommersiya bankları, sığorta şirkətləri və bir sıra hüquqi şəxslər tərəfindən alınmışdır.
2019-cu il və ondan əvvəlki illər ərzində yerləşdirilmiş dövlət istiqrazları üzrə 541,9 milyon manat məbləğində vəsait, o cümlədən 450,5 milyon manat əsas borc və 91,4 milyon manat faiz borcu hesabat ili ərzində investorlara geri ödənilmişdir.
2019-cu il 31 dekabr tarixinə dövriyyədə olan dövlət istiqrazlarının ümumi həcmi 1 milyard 255,5 milyon manat təşkil edərək, 285 milyon manatı qısamüddətli (dövriyyəmüddəti 1 ilədək), 970,5 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 3 ilədək) dövlət istiqrazlarının payına düşür.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)






.jpg)



