"Qızılı sevirəm, 1500 dollara qalxacaq"
Məşhur investor Mark Mobius qızılın unsiyasının (31,1 qram) qiymətinin, faizlərin aşağı düşməsi, mərkəzi bankların qızıl alışlarına davam etməsi və geo-siyasi qeyri-müəyyənliklər ilə daha da bahalaşacağını bildirib. O, qızlın unsiyasının qiymətinin 1500 dollar səviyyəsini aşacağını qeyd edib.
"Marja" xəbər verir ki, "Franklin Templeton Investments"a 30 il işlədikdən sonra keçən il "Mobius Capital Partners LLP" şirkətini quran Mobius verdiyi müsahibədə, "Qızılı sevirəm" - deyib və qızılın daima bir portfeldə yer alması və ən azı 10%-lik bir paya sahib olması lazım olduğunu sözlərinə əlavə edib.
Qızıl 2019-cu ildə, investorların səngiyən qlobal iqtisadi inkişafdan narahat olmaları, ABŞ və Avropada pul siyasətinin yumşalacağına dair işarələr və pisləşən ticarət münaqişələrinə görə bahalaşıb və son altı ilin ən yüksək səviyyəsinə qalxıb.
Adətən mərkəzi bank faiz endirdikdə milli valyuta ucuzlaşır. Bu halda investorlar "etibarlı liman" olan qızıla üz tuturlar.
25 İyunda qızılın unsiyasının qiyməti 1439.21 dollar ilə 2013-dən bu yana ən yüksək səviyyəsinə qalxmışdı. Qiymətli metal, Fed-in faiz endiriməyə hazır olmasına işarə etməsi və digər mərkəzi bankların yeni təşviqləri qiymətləndirmələri ilə əlaqdar olaraq bu il 10 faiz dəyər qazanıb. Qızıl 1500 dollar səviyyəsinin üzərinə sonuncu dəfə 2013-cü ilin Aprel ayında çıxmışdı. Hazırda qızılın unsiyasının qiyməti 1418 dollardır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mobius yeganə yüksək profilli qızıl fanatı deyil. Treyder Paul Tudor Jones da qiymətin 1400 dolları keçdikdən sonra 1700 dollara qalxacağını bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
9 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
50 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"






.jpg)













.jpg)

