Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Bolt", İlkin Zeynallının şirkətin Azərbaycan üzrə Baş meneceri vəzifəsinə təyin olunduğunu elan edir.

Qeyd edilib ki, yeni təyinat Bolt-un ölkədə növbəti inkişaf mərhələsini, innovasiya istiqamətlərini və yerli mobillik ekosisteminin daha da gücləndirilməsini dəstəkləməyə yölib.

İlkin Zeynallı beynəlxalq şirkətlərdə satış, kommersiya əməliyyatları və strateji idarəetmə sahələrində uzunillik təcrübəyə malikdir. O, peşəkar fəaliyyətinə P&G şirkətində başlayıb və burada Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bazarları üzrə müxtəlif regional və beynəlxalq vəzifələrdə çalışıb. Daha sonra Türkiyədə regional ofisdə Kommersiya Əməliyyatları üzrə Baş Menecer vəzifəsində fəaliyyət göstərib və həmin dövrdə komanda olaraq rekord nəticələr əldə edərək fərdi şəkildə 2 dəfə qlobal CEO mükafatına layiq görülüb.

Bolt-a qoşulmazdan əvvəl İlkin Zeynallı Samsung Electronics şirkətində satış və kommersiya istiqamətlərinə rəhbərlik edib. Beynəlxalq təhsil və müxtəlif bazarlarda qazandığı təcrübə ona qlobal yanaşmaları yerli bazarın xüsusiyyətlərinə uyğun şəkildə tətbiq etmək imkanı yaradıb.

Yeni vəzifəsində İlkin Zeynallı Bolt-un Azərbaycandakı fəaliyyətinin daha da inkişaf etdirilməsi, istifadəçi təcrübəsinin gücləndirilməsi, təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, eləcə də yerli bazarın ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, şirkət sürücü tərəfdaşları və istifadəçilər üçün daha dayanıqlı və effektiv mobillik ekosisteminin formalaşdırılmasını hədəfləyir.

İlkin Zeynallının sözlərinə görə, Azərbaycanın rəqəmsal xidmətlər və şəhər mobilliyi baxımından böyük inkişaf potensialı var:

Beynəlxalq təhsil və təcrübənin əsas üstünlüklərindən biri qlobal yanaşmaları lokallaşdıraraq ölkəyə dəyər qatmaq imkanıdır. Azərbaycan sürətlə inkişaf edən bazardır və düşünürəm ki, innovasiya və texnologiyalar insanların gündəlik həyatını daha rahat və əlçatan etmək baxımından burada mühüm rol oynayacaq.”

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İlkin Zeynallı Bolt Azərbaycan baş menecer təyinatı Bolt Azərbaycan rəhbər dəyişikliyi Bolt Azərbaycan yeni rəhbər Bolt mobil tətbiq xidmətləri Azərbaycan şəhər mobilliyi platforması Azərbaycan rəqəmsal taksi xidmətləri Bakı mobillik ekosistemi inkişafı istifadəçi təcrübəsi və xidmət keyfiyyəti Bolt sürücü tərəfdaş proqramı Azərbaycan şəhər nəqliyyatı texnologiyaları innovativ mobillik həlləri Azərbaycan rəqəmsal xidmət bazarı Bolt şirkətinin Azərbaycanda fəaliyyəti şəhər mobilliyi və texnologiya Bolt taksi tətbiqi Azərbaycan qlobal mobillik şirkətləri Azərbaycan bazarı şəhər nəqliyyatı innovasiyaları Azərbaycan startap və texnologiya ekosistemi
13.05.2026 13:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19