Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir
Azərbaycan ərazisinə Heydər ƏliyevBeynəlxalq Aeroportundan daxil olan yerli və xarici vətəndaşlar hava limanında taksi xidməti ilə bağlı vəziyyətdən narazıdır.
Buna səbəb taksi sürücülərinin təyyarədən yeni düşmüş sərnişinlərin üstünə hücum çəkməsi, onları az qala zorla maşınlarına mindirərək harasa aparmaq istəməsidir.
Üstəlik sürücülər potensial müştəriləri bacardıqca aldatmağa, onlara bazar qiymətindən azı 2 dəfə baha xidmət göstərməyə çalışırlar. Məsələn, aeroportdan şəhərin mərkəzinə getməyin haqqı maksimum 8-10 manat olduğu halda, insanlardan 15-20 manat tələb edilir. Halbuki, həmin yolu "Baku Bus" MMC-nin ekspress avtobusları ilə 1 manata belə getmək mümkündür. Amma taksi sahibləri vətəndaşlara heç avtobus dayanacağına getməyə imkan belə vermək istəmir.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev da etiraf edib ki, aeroportda taksi xidmətinin keyfiyyəti qənaətbəxş deyil.
"Hava limanındakı vəziyyət BNA-nı qane etmir. Orada müəyyən taksi şirkətləri xidmət göstərsə də, həmin xidmət tələblərə tam cavab vermir. Hava limanı da ölkənin giriş qapısıdır və təyyarə ilə Azərbaycana gələnlərin ilk təəssüratı oradakı taksi xidmətinin hesabına formalaşır. Bu səbəbdən də orda xidmətin keyfiyyəti artırılmalıdır. BNA ekspress xətt avtobusları ilə hava limanından metronun "28 may" stansiyasına qədər sərnişindaşımanı təşkil edib. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq aeroportda taksi xidmətinin təşkili ilə bağlı konsepsiya hazırlanıb. Bunun icrası nəticəsində hava limanında həm vətəndaşlarımıza, həm də xarici ölkə vətəndaşlarına keyfiyyətli taksi xidmətinin göstərilməsinə nail olacayıq", - M.Ağayev qeyd edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev isə bildirib ki, hazırda 2 taksi şirkəti hava limanında xidmət göstərmək hüququna malikdir.
“Həmin şirkətlərə məxsus avtomobillərin aeroportun qarşısındakı zolaqlarda dayanmasına icazə verilib. Bundan başqa, hava limanının terminalları daxilində taksi dayanacaqları yaradılıb. Terminalların çıxışında isə taksilərlə bağlı məlumat lövhələri yerləşdirilib. Həmin lövhələrdə taksi şirkətləri haqqında məlumatlar var. Əsas məqsəd sərnişinlə taksi sürücüsü arasındakı dialoqu tamamilə aradan qaldırmaqdır”, - o bildirib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























