Bakının ən bahalı reklam lövhəsi haradadır? - MÜSAHİBƏ
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri müsahibəsində paytaxtda quraşdırılan reklam lövhələrinin qiymətindən və bu qiymətlərin hansı göstəricilərə görə təyin edilməsindən danışıb.
- Hüseyn bəy, Bakının ən bahalı reklam lövhəsi haradadır?
- Açıq məkanda reklamların qiyməti yerinə və ölçülərinə görə dəyişir. Təbii ki, ən bahalı reklam lövhələri paytaxtın mərkəzi küçələrində istehlakçıların çox keçdiyi ərazilərdədir. Bakı özü reklam yayımına görə 3 zonaya bölünür. Hər bir şəxs ADRA-nın rəsmi internet saytı adra.gov.az-a daxil olmaqla bu zonalar və qiymətlər barədə məlumat əldə edə bilər. Yaxın gələcəkdə açıq məkanda reklam yerləşdirmək istəyən istənilən şəxs agentliyin rəsmi internet saytına daxil olaraq, reklam yerləşdirmək istədiyi ərazini və reklamın ölçülərini qeyd etməklə kalkulyator vasitəsilə qiymətləri avtomatik əldə edə biləcək. Dövlət rüsumunu onlayn qaydada ödədikdən və lazımı sənədləri əldə etdikdən sonra reklamını yayımlayacaq.
- Qiymətlər nəyə əsasən müəyyənləşir?
- Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Prezident İlham Əliyevin 19 dekabr 2017-ci il tarixli Fərmanına əsasən tənzimlənir. Ümumilikdə reklamların qiyməti onların effektivlik dərəcələrinə görə müəyyənləşir. Qiymətlər tənzimlənərkən onun ölçüsü, yerləşmə yeri, nəqliyyatın intensivliyi, küçə və meydanların sıxlığı və digər amillərdən əlavə, reklam daşıyıcısının növü - yəni bolbord, rolap, prizmatron və ya başqa biri olması da nəzərə alınır. Paytaxtdan bölgələrə doğru istiqamətləndikcə, istehlakçıların sayı azaldıqca tətbiq olunan rüsumların məbləği də differensial əsasda hesablanır.
- Adətən şəhərdə elə reklam lövhəsi var ki, hansısa kampaniyadan bəhs edir və onun vaxtı bitmiş olur və s. Bu kimi vaxtı keçmiş reklam lövhələri ilə agentlik necə mübarizə aparır?
- Reklam verməkdə sahibkarın məqsədi hər hansı məhsul və ya kampaniya barədə istehlakçının diqqətini cəlb etməkdir. Bütün qanuni prosedurları icra etdikdən sonra onun istəyi iqtisadi fəaliyyətinin inkişafını həyata keçirməkdir. Yəqin ki, heç bir sahibkar istəməz ki, ödəniş etdikdən sonra onun üçün səmərə verməyən reklamı yayımlansın. Bu məsələlərdə bazar öz-özünü tənzimləyir. Əgər icazə 1 və ya 3 aylıq müddətə alınıbsa, sahibkarın həmin müddətdə reklamın məzmununu dəyişmək səlahiyyəti var.
- Əvvəlki illərlə müqayisədə hazırkı reklam bazarından razısınız?
- Mühitin vahid mənbədən tənzimlənməsi əsas yenilikdir. Reklamın rəsmiləşdirilməsi üçün sahibkarların müxtəlif deyil, yalnız bir qurumla əməkdaşlıq etməsi həm onların işini, həm də dövlətin nəzarətini asanlaşdırır. Estetik baxımdan yararsız, maneə və təhlükə doğuran yüzlərlə reklam qurğusu sökülür, azad rəqabət və dövlət dilinin qorunması prinsiplərinə uyğun gəlməyən məzmunların yayımlanması dayandırılır. Agentlik fəaliyyət göstərdiyi müddət ərzində ölkənin açıq məkandakı reklam bazarında şəffaf rəqabət mühitinin yaranmasına nail olmaqla bu sahədə ekosistemin inkişafını təmin edir.
- Ümumiyyətlə, reklam bazarının genişlənməsi üçün sizcə, hansı tədbirlər görülməlidir?
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də reklam bazarı yerli istehlak potensialı və azad rəqabət mühitindən asılıdır. Eyni zamanda, reklam özü də istehlak bazarını və rəqabət mühitini stimullaşdırır. Bu baxımdan əhaliyə mal və xidmətlər təklif edən şirkətlər innovativ reklam mühitində maraqlı olmalıdır. Rəqəmsal reklam qurğularının imkanları daha böyük olduğundan Agentlik bu seqmentin inkişaf etməsini dəstəkləyir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Axar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
17 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
19 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
20 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?















.jpg)


