“Bank Respublika”dan yerli startaplara dəstək
Startup-lar hər zaman biznesə təkan verən qüvvə olub. Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb. Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etmək üçün özünüzü bəyan etmək bacarıqı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə startap reallığa maksimum dərəcədə yaxın olmalıdır. Bu məqsədlə, Bank Respublika Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində 3 günlük təlim təşkil etmişdir.
Tədbirə dəvət olunan ekspertlər 3 gün ərzində gənc sahibkarlar üçün İT sahəsindəki son tendensiyalar, müştərilərin və onların ehtiyaclarını daha yaxşı başa düşmək, məhsulların və hədəf qrupunun xarakterik üstünlüklərini müəyyən etmək, qiymətli və unikal təklifi yaratmaq və müştərilərlə iş səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üsullarını izah etdilər. Çevik və interaktiv format, istənilən sualları vermək imkanlı, praktiki tapşırıqlar və iştirakçıların təcrübə mübadiləsi bu tədbiri hər kəs üçün qiymətli və çox maraqlı etdi.
“Təlimin məqsədi iştirakçıların məhsullarını dəyişkən biznes-mühitinə uyğunlaşdırmağın öyrədilməsi, innovasiyaların ön sıralarında yer almaları, uğur qazanmış şirkətlərin istifadə etdikləri metodika və vasitələrindən faydalanıb məhsulları inkişaf etmək üçün operativ qərarların qəbul edilməsidir. Bu 3 gün ərzində istedadlı gəclərimizə dəstək vermək, onlarla fikir və təcrübə mübadiləsini aparmaq bizim üçün sevindirici oldu. Bankımız bundan sonra da yerli startaplara dəstək verməkdə davam edəcək” – deyə Bank Respublikanın Marketinq departamentinin rəhbəri Əli Daşdəmirov qeyd etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















