İnternet hesabını səyahətdən öncə bil
Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni Rominqdə İnternet Paketini təqdim edir. Şirkət gələcəkdə də dünyanın bir çox ölkəsində rominq sahəsində təşəbbüslərini genişləndirməyi planlaşdırır və bunu 2018-ci ilin sentyabr ayı üçün nəzərdə tutulmuş Avropa təklifləri ilə davam etdirəcək.
Azercell MMC-in prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: “Biz, müştərilərimizin xaricə səyahətləri zamanı internetdən istifadə etmələrini dəstəkləmək istəyirik. Məhz buna görə Azercell abunəçilərini bu xidmətdən yayındıran heç bir səbəb olmamalıdır”. “Səsli rabitədən internet rabitəsinə keçid tam sürəti ilə genişlənir və bunu nəzərə alaraq biz müştərilərimizə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təklif etməyə çalışırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azercell bu istiqamətdə mühüm nailiyyətlər əldə edib və yaxın gələcəkdə də bu sahədə özünün lider mövqeyini möhkəmləndirəcəkdir”.
Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tariflərisəbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən heç vaxt istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə, xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.
Bu statistika Azercell rəqəmlərində də öz əksini tapır. Hal-hazırda Azercell şirkətinin internet istifadəçilərindən yalnız 30%-i xaricə səyahət zamanı rominqdə internetdən istifadə edirlər. Azercell, öz növbəsində, 2019-cu il üçün rominqdə internet istifadəçilərinin həcmini 80% və daha çox artırmağı planlaşdırır.
Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:
-Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)
-Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)
-Sadəlik (sadə və anlaşılan qiymətlər).
Azercell, Azərbaycanda internet həllər sahəsinə çox rahat yeni bir təklif gətirir. İyulun 2-dən başlayaraq Azercell müştərilərinə qiyməti 19.90 AZN olan 1GB həcmində və 14 təqvim günü ərzində istifadə edilə bilən, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus və Moldovada istifadə edilə biləcək rominqdə internet paketini təqdim edib. Bu isə o deməkdir ki, məsələn Türkiyəyə bir həftəlik səyahət edən abunəçi günlük 0.55 AZN/MB tarifinə uyğun eyni həcmdə internet üçün 500 AZN-dən çox məbləğlə müqayisədə indi 1GB internet üçün cəmi 19.90 AZN ödəyəcəkdir.
“Rominqi müştərilərimiz üçün daha cəlbedici etməyin əsl vaxtdır. Ümumiyyətlə, rominqdən istifadə mobil rabitənin əsl mahiyyətini ifadə edir – sizə daha mobil olmaq imkanını bəxş edir.
Biz, innovasiyalar və sərfəli həllər təqdim etməkdə davam edərək, 4,5 milyon abunəçilərimizin maraqlarını bütün qərarlarımızın tam mərkəzində saxlayırıq” Vahid Mürsəliyev qeyd edir.
Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
7 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
7 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
7 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
7 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
8 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
8 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır


















