Lacoste loqosunu dəyişdi!
Fransanın dünya şöhrətli geyim markası Lacoste, nəsli kəsilməkdə olan heyvanlara diqqət çəkmək üçün geyimlərin üzərində yerləşən timsah loqosunun əvəzinə nəsli kəsilməkdə olan heyvanları əks etdirən loqolar verib.
"Marja" xəbər verir ki, köynəklər üçün 10 nəsli kəsilməkdə olan heyvan seçilib. Köynəklərdən, hər bir heyvandan dünyada qaldığı sayı qədər istehsal edilib. Nəsli kəsilməkdə olan 10 heyvandan bəziləri; Kaliforniya körfəz muturu dünyada 30 baş qaldığı üçün 30 ədəd körfəz muturu loqosu olan qolsuz köynək, Myanma (Birma) tısbağasından 40 baş qaldığı üçün 40 ədəd, Kakapo tutuquşusundan 157 baş qaldığı üçün 157 ədəd, Yava kərgədanından 67 baş qaldığı üçün 67 ədəd istehsal edilib.
Nəsli kəsilməkdə olan 10 heyvanın dünyada qalan sayıları ilə cəmi 1775 baş olduğundan 1775 ədəd də qolsuz köynək istehsal edilib.
Biri 150 avrodan satışa təqdim olunan qolsuz köynəklərdən, Lacoste markasının hər hansı bir gəlir götürmək məqsədi olmadığı, əldə ediləcək gəlirin Dünya Təbiət və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə köçürüləcəyi bildirilib.
Məhdud sayda istehsal edilən qolsuz köynəklərin Avropada satılıb tükəndiyi, Amerika Birləşmiş Ştatlarında (ABŞ) satışlarının davam etdiyi bildirilib.
"Davis Cup" tennis turnirini qazanan və Amerikan olmayan ilk tennisçi Reno Lacoste-nin 1933-ci ildə yaratdığı geyim markası, tennis və qolf oyunçularının klassik geyiminə çevrilmişdi. O illərdən bu günə, Lacoste yaşıl timsah loqosu ilə dünyanın bir çox yerində üstünlük verilən geyim markasına çevrilib.
Fransız tennis oyunçusu Reno Lacoste-yə Amerikanın idman şərhçiləri tərəfindən "timsah" ləqəbi verilmiş, bu səbəbdən Fransız aktyor öz familyasını verdiyi markaya timsah loqosu qoymağa qərar verib. O gündən bu günə timsah fiquru və Lacoste markası o qədər eyniləşib ki, Əlcəzair kimi ölkələrdə xalq gündəlik istifadədə "timsah" yerinə Lacoste işlədirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






