Optikada nəhəng birləşməyə razılıq verildi!
Avropa Birliyi (AB) Komissiyası, optika sektorunda iri şirkətlər olan "Essilor" və "Luxottica"nın birləşmə təkliflərini təsdiq edib.
"Marja" xəbər verir ki, AB Komissiyası, optika sektorunda fəaliyyət göstərən linza istehsalçısı "Essilor" və çərçivə istehsalçısı "Luxottica"nın birləşmək təkliflərinə dair rəqabət araşdırmasının başa çatdığını açıqlayıb.
Açıqlamada, hər iki şirkətin də optika sektorunda güclü mövqedə olduqlarına işarə edilərək, araşdırma nəticəsində sözügedən birləşmənin rəqabətə mənfi təsirinin olmayacağı qərarı verildiyi qeyd edilib.
Mərkəzi ofisi Fransada yerləşən və dünya miqyasında fəaliyyət göstərən "Essilor", optik linzalar istehsal edir. Şirkətin tanınmış markaları arasında "Varilux", "Crizal", "Transitions", "Eyezen" və "Xperio"-dur.
"Luxottica"nın mərkəzi ofisi isə İtaliyada yerləşir. Şirkət, dərəcəli eynək, çərçivə və günəş eynəkləri istehsal edir. Bundan başqa, "Ray-Ban", "Oarley", "Persol", "Gerbi", "Chanel", "Dolce&Gabbana", "Prada" və "Versace" markalarının lisenziyalı məhsulları da portfelində yer alır.
Sözügedən birləşmə ilə şirkətlərin optika sektorunda ümumilikdə 50 milyard avroya yaxın bir paya sahib olacağı gözlənilir.
Avropada böyük miqyaslı şirkət birləşmələri və ya satınalmalara nəzarət etmək AB Komissiyasının səlahiyyətləri arasında yer alır. AB Komissiyası araşdırmalar ilə rəqabətə zidd bir vəziyyət olub-olmadığını qiymətləndirir. Rəqabətə zərər verəcək halların aşkar edilməsi halında, AB Komissiyası, birləşmə və satınalmalara mane ola bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






