"Caspian Energy Tourism Forum" keçirilib
Caspian European Club və Caspian American Club-un bu gün (18 oktyabr) Bakıda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil etdiyi Caspian Energy Tourism Forum-un xüsusi sessiyasında turizm sektorunun mühüm məsələləri və problemləri müzakirə olunub.
Biznes-forumda çıxış edən Nazim Səmədov iştirakçılara ölkənin turizm sektorunun gələcək inkişafı istiqamətində həyata keçirilən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib.
Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün yaradılmış şəraitə görə Klub rəhbərliyinə minnətdarlığını bildirən Nazim Səmədov Nazirliyin sahibkarlar və onları təmsil edən ictimai təşkilatlarla diskussiya üçün hər zaman açıq olduğunu vurğulayıb.
Nazim Səmədov qeyd edib ki, son illərdə ölkəmizdə postneft erası qeyri-neft sektorunun bir çox sahələrində, o cümlədən turizmdə öz canlanma dövrünü yaşayır. “Əlbəttə bu, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üzrə uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Məhz bu tədbirlərin nəticəsində biz turizm sektorunda mühüm nailiyyətlər əldə etmişik”, - deyə o söyləyib.
Statistik göstəricilər barədə söz açan Nazim Səmədov son iki il ərzində ölkəmizə əcnəbi turist axınının qeydə alındığını deyib. Onun sözlərinə görə, 2015-ci illə müqayisədə Azərbaycana gələn xarici turistlərin sayı 2016-cı ildə 11,7% artaraq 2 248 800 nəfər olmuşdur “2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı ötən ilin analoji mərhələsi ilə müqayisədə 20,9 %, yəni 2 071 918 nəfər artıb. Əsas artım Rusiya, İran, BƏƏ və İraqdan gələn turistlərin sayında müşahidə olunur”, - deyə nazir müavini qeyd edib.
Nazim Səmədov həmçinin paytaxtda keçirilən “Baku Shopping Festival”ın əhəmiyyətini vurğulayaraq, festivalın təşkilinə dövlət büdcəsindən 5,6 milyon manat ayrılmasına baxmayaraq, xərclənən vəsaitin 1 milyon manatı keçmədiyini dilə gətirib.
Çıxışının sonunda Nazim Səmədov turistlərin məmnunluğunu yüksəltmək üçün “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” əsasında milli turizm keyfiyyət sisteminin yaradılmasının planlaşdırıldığı barədə danışıb. “Mədəniyyət və Turizm Nazirliyi milli turizm keyfiyyət sisteminin tətbiqi üzrə işləri davam etdirir”, - deyə o bildirib.
Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətləri qeyd olunub, eyni zamanda Caspian European Club və Caspian American Club-un üzv şirkətlərini maraqlandıran suallar müzakirə edilib.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin biznesmenlərin, eləcə də Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinin həllindəki fəal iştiraka və operativ reaksiyaya görə başda rəhbərlik olmaqla Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Telman Əliyev xatırladıb ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyev Caspian American Club-un yaradılması təşəbbüsünün dövlət başçısına məxsus olduğunu qeyd edib.
“Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb edilməsində, orta və kiçik biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev söyləyib.
O həmçinin ilin sonunadək Caspian European Club tərəfindən iqtisadiyyatın başqa sahələri üzrə də bir sıra analoji tədbirlərin keçiriləcəyini əlavə edib.
Telman Əliyev, Caspian Energy Georgia-nın sentyabr ayından Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un maraqlarını təmsil etdiyini qeyd edib.
“Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 2018-ci ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılış mərasimində Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvilinin iştirakı nəzərdə tutulub”, - deyə Telman Əliyev çıxışına yekun vurub.
Biznes-forum zamanı Nazim Səmədova Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.
Caspian Tourism Forum-un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqından olan 200-ə yaxın biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Günün ikinci yarısında 7-ci CEO Lunch Baku təşkil olunub. Telman Əliyev Caspian European Club və Caspian American Club-un hər ayın üçüncü çərşənbə günü CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə Bakıda CEO Lunch təşkil etdiyini vurğulayıb. O, Bakıda növbəti CEO Lunch-ın 2017-ci il noyabrın 15-də Caspian Energy Finance Forum çərçivəsində baş tutacağını bəyan edib. Telman Əliyev həmçinin ikinci CEO Lunch Tbilisi-nin cari ilin 27 oktyabrında keçiriləcəyini və mütəmadi olaraq hər ayın sonuncü cümə günü təşkil olunacağını xatırldaıb.
Daha sonra qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub
Bundan əlavə, həmin günün ikinci yarısında Klub üzvləri üçün “Vergi Məcəlləsində dəyişikliklər” mövzsusunda seminar təşkil olunub. Seminarı “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev aparıb.
Sonda Caspian European Club və Caspian American Club-da təmsil olunan və buradakı fəaliyyətini davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)





.jpg)
