50 illik hava yolu şirkəti iflas etdi
Birləşmiş Krallığın beşinci ən böyük hava yolu şirkəti "Monarch" iflas etdiyini bildirib.
"Marja" xəbər verir ki, Baş ofisi Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən "Monarch"ın açıqlamasında şirkətin iflas etdiyi, idarəetmənin isə qəyyuma təhvil verildiyi bildirib.
Şirkətin rəsmi veb saytı üzərindən bütün əməliyyatların dayandırıldığı, təxminən 860 min uçuş sifarişinin isə ləğv edildiyi bildirilib.
Birləşmiş Krallıq hökuməti ölkələrinə qayıtmağı gözləyən təxminən 110 min sərnişinin qayıdışının təmin edilməsi üçün Mülki Aviasiya Administrasiyasına (CAA) tapşırıq verib.
Səhər erkən saatlarda Birləşmiş Krallıqdakı hava limanlarına gedən çoxlu sayda sərnişin şirkətin iflas etdiyini öyrənmələrindən sonra sosial media üzərindən reaksiyalarını göstəriblər.
Şirkət Birləşmiş Krallığın köklü hava yolu şirkətləri arasında olmasına baxmayaraq son illər ağır maliyyə şərtlərlə mübarizə etməyə çalışırdı.
"Monarch" keçən il 291 milyon funt-sterlinq zərər etdiyini açıqlamışdı.
"Monarch"ın rəhbəri Andrew Swaffield daha əvvəl şirkətin Misir və Tunisdə baş verən terror hücumlarından mənfi təsir gördüyünü bildirmişdi.
Təxminən 2 min 100 nəfərə məşğulluq təmin edən şirkət 1967-ci ildən bəri fəaliyyət göstərirdi.
Məsələ ilə bağlı olaraq Birləşmiş Krallığın Baş Nazirliyindən edilən açıqlamada, Baş nazir Tereza Meyin sərnişinlərin düşdüyü vəziyyətdən təəssüf etdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)












.jpg)








