İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
(®) Fevral ayının son həftəsi qlobal maliyyə bazarlarında həm iqtisadi göstəricilərin, həm də geosiyasi risklərin təsiri ilə formalaşan yüksək volatillik mühiti ilə xarakterizə olundu. ABŞ, Avrozona, Almaniya və İngiltərədə açıqlanan makroiqtisadi məlumatlar monetar siyasət gözləntilərini yenidən formalaşdırarkən, ABŞ–İran münasibətlərində davam edən gərginlik enerji və qiymətli metal bazarlarında risk premiyasını yüksək saxladı. Bu fon əsas aktiv siniflərində nəzərəçarpacaq qiymət dalğalanmalarına səbəb oldu.
ABŞ: iqtisadi aktivlik və FED gözləntiləri
ABŞ-da həftə ərzində açıqlanan iqtisadi göstəricilər iqtisadi artımın zəiflədiyinə dair siqnallar verdi. İstehlak xərcləri və biznes aktivliyində müşahidə olunan yumşalma Federal Ehtiyatlar Sisteminin monetar siyasətdə daha ehtiyatlı mövqeyə keçə biləcəyi gözləntilərini gücləndirdi. İnflyasiya təzyiqlərinin tədricən azalması faiz endirimi perspektivlərini bazarlarda yenidən gündəmə gətirdi. İnvetsAz analitiklərinin fikrincə bu fon dolların qlobal valyuta bazarlarında sabit güclənmə trendi formalaşdırmasının qarşısını aldı.
Avrozona və Almaniya: zəif sənaye dinamika
İnvestAz-dan verilən məlumata görə, Avrozonada və Almaniyada açıqlanan sənaye və biznes göstəriciləri iqtisadi bərpanın hələ də zəif olduğunu göstərdi. Xüsusilə, Almaniyanın sənaye sektorunda davam edən zəiflik Avropa iqtisadiyyatının əsas lokomotivinin hələ də tam gücə qayıtmadığını ortaya qoydu. İnflyasiya təzyiqlərinin aşağı qalması Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini davam etdirəcəyi gözləntilərini gücləndirdi və avro məhdud diapazonda hərəkət etdi.
İngiltərə: artımın kövrək qalması
İnvestAz şirkətinin rəsmi saytında dərc olunan İngiltərədə açıqlanan iqtisadi məlumatlar iqtisadi artımın zəif və qeyri-sabit olduğunu təsdiqlədi. İstehlak və investisiya göstəricilərində məhdud bərpa “Bank of England”-ın faiz siyasətində ehtiyatlı qalacağına dair gözləntiləri gücləndirdi. Bu vəziyyət funt sterlinqin dalğalı ticarətinə səbəb oldu və investorların İngiltərə aktivlərinə yanaşmasını ehtiyatlı saxladı.
Geosiyasi proseslər: ABŞ–İran gərginliyi və regional risklər
23–28 fevral dövründə qlobal bazarlar üçün əsas geosiyasi risk ABŞ–İran münasibətlərində davam edən gərginlik oldu. Körfəz bölgəsində hərbi ritorikanın sərt qalması və regional təhlükəsizlik narahatlıqları enerji bazarlarında risk prəmiyasını yüksək səviyyədə saxladı. Bu vəziyyət investorların riskli aktivlərdən qismən uzaqlaşmasına və təhlükəsiz aktivlərə yönəlməsinə səbəb oldu. ABŞ–İran xəttindəki gərginlik xüsusilə neft və qızıl bazarlarında həssas qiymət reaksiyaları yaratdı.
ABŞ dolları: zəif və oynaq dinamika
Dollar həftə ərzində dalğalı və nisbətən zəif dinamika nümayiş etdirdi. İnvestAz-dan verilən məlumata görə ABŞ-da faiz endirimi gözləntilərinin güclənməsi dollar üçün əsas zəiflədici faktor oldu. Bununla yanaşı, geosiyasi risklərin artdığı günlərdə dollar qısamüddətli təhlükəsiz liman funksiyası göstərsə də, bu dəstək davamlı olmadı. Nəticədə dollar indeksi məhdud diapazonda oynaq hərəkət etdi.
Qızıl: risk mühitində möhkəmlənmə
Qızıl bazarında fevralın son həftəsində alıcı marağı güclü qaldı. ABŞ–İran gərginliyi, qlobal iqtisadi qeyri-müəyyənlik və dolların zəif dinamika göstərməsi qızılı investorlar üçün əsas qoruyucu aktiv kimi ön plana çıxardı. Qiymətlər əvvəlki həftələrdəki dalğalanmalardan sonra sabitləşmə və yüksəliş meyli nümayiş etdirdi.
Neft: geosiyasi risk prəmiyası
Neft bazarlarında ABŞ–İran gərginliyi qiymətlər üçün əsas dəstək amili olaraq qalmağa davam etdi. Körfəz regionunda mümkün təchizat riskləri Brent və WTI qiymətlərində risk prəmiyasını saxladı. Bununla yanaşı, qlobal tələbin zəif artımı kəskin bahalaşmanın qarşısını aldı və qiymətlər dalğalı diapazonda hərəkət etdi.
Kriptovalyuta bazarları: riskə həssas bərpa cəhdi
Kriptovalyuta bazarları fevralın son həftəsində yanvar sonundakı kəskin çöküşdən sonra qismən bərpa cəhdi göstərdi. Bununla belə, geosiyasi gərginlik və qlobal risk mühiti investor inamının tam bərpa olunmasına imkan vermədi. Nəticədə kriptovalyutalarda yüksəliş cəhdləri zəif qaldı və bazar yüksək volatillik şəraitində ticarət olundu.
Cari həftə ərzində diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, ABŞ-da dərc olunacaq əmək bazarı, xüsusilə də “ADP” və “NFP” hesabatlarına, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəricilərinə, Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi məlumatlarına, PMİ və ÜDM hesabatlarına, Avropa Mərkəzi Bankının sədri Kristin Laqartın çıxışlarına, eləcə də, İngiltərədə yayımlanacaq sənaye, xidmət və kompozit PMİ rəqəmlərinə yönələcək.
EUR
Ötən həftəni 1.18150 səviyyəsində tamamlayan EURUSD məzənnəsi Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar fonunda yeni həftəyə ciddi bir fərqlə 1.17700 həddində start verdi. Günün ilk ticarət saatlarında 1.17950 səviyyəsinə qədər bahalaşan valyuta cütlüyü hazırda 1.7800 hədlərində ticarət olunur. Əgər “ayılar” qiyməti 1.18000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.347800 həddində başlayıb, 1.35740 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi daha sonra bir qədər ucuzlaşdı və həftəni 1.34770 səviyyəsində tamamladı.
Yaxın Şərqdə artan hərbi ritorika və eksolasiya fonunda yeni həftəyə 1.34430 həddində başlayan məzənnə hazırda, 1.34300 hədlərində ticarət olunur.
XAUUSD
ABŞ - İran münasibətlərinin hərbi fazaya keçməsi nəticəsində qızıl yeni həftəyə 115$-lıq “gap” ilə başladı. Həftənin ilk günlərində satış təzyiqi ilə üzləşən qızıl və gümüşün qiymətləri zəiflədi. Ötən həftəni 5263$-da tamamlayan qiymətli metal yeni həftəyə kəskin artımla - 5378$ səviyyəsində start verdi. Hazırda isə qızıl 5350$-dan təklif edilir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
2 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir



















