"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama
"Modenis": “eManat”ın müraciətinə əsasən lisenziyasında planlı dəyişiklik həyata keçirilib. “Modenis” MMC bundan sonra da ödəmə xidmətləri üzrə fəaliyyətini tam həcmdə və dəyişmədən davam etdirəcəkdir."Modenis" MMC şirkəti, Mərkəzi Bankın lisenziyası barədə qərarına dair açıqlama yayıb.
Şirkətdən Marja.az-a daxil olmuş press-relizdə bildirilir:
"Modenis" MMC ("eManat") tərəfindən həyata keçirilən fəaliyyətlər çərçivəsində şirkətin gələcək istiqamətləri və hüquqi strukturuna uyğun olaraq planlı dəyişikliklər tətbiq edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 iyul 2025-ci il tarixli Qərarına əsasən, "Modenis" MMC-nin lisenziyasında yer alan “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti şirkətin rəsmi müraciəti əsasında ləğv edilmişdir. "Modenis" MMC (eManat) fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək. Bu addım şirkət daxilində aparılan strateji planlaşdırma nəticəsində qəbul olunmuşdur və məqsəd fəaliyyətin daha səmərəli strukturlaşdırılmasıdır.
Qeyd edək ki, bu dəyişiklik istifadəçilər üçün heç bir əlavə risk və ya narahatlıq doğurmur. “Modenis” MMC bundan sonra da ödəmə xidmətləri üzrə fəaliyyətini tam həcmdə və dəyişmədən davam etdirəcəkdir. Sadəcə olaraq, elektron pul üzrə xidmətlərin göstərilməsi istiqamətində lisenziya hissəsi dayandırılmışdır ki, bu da şirkətin gələcək fokus sahələrinin daha dəqiq müəyyən edilməsi ilə bağlıdır".
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)


