Unibankın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib ®
Unibank 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən “Bir səhnə, min rəng, bir gələcək” adlı Uşaqların Səsi Forumuna dəstək verib. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən Forum, cəmiyyətin diqqətini uşaqların ehtiyaclarına, hüquqlarına və duyğularına yönəltmək, eyni zamanda onların səsini duyurmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqlar cəmiyyətə mesajlarını, fikir və duyğularını, arzularını dilə gətiriblər.
Onlar çıxışlarında "Mən balacayam, amma bir vətəndaşam, hüquqlarım var", "Biz uşaqlar birlikdə güclüyük və hər birimiz o gücün bir parçasıyıq", "Harda və hansı statusda olsam da, istəyirəm ki, orada yaxşılıq yayılsın", "Mən fərqliyəm və fərqliliyimlə gözələm, güclüyəm", "Bizi eşidin və anlayın", "Bizim oynamaq, təhsil almaq, fikirlərimizi söyləmək hüququmuz var", "Valideynlərimiz bizə təhsil verməklə barabər, sevməyi, mərhəmətli və ədalətli olmağı öyrətsinlər", "Uşaqları qorumaq - gələcəyi qorumaqdır" kimi mühüm və dəyərli mesajlar ötürüblər.
Tədbirdə çıxış edən qonaqlar da uşaqlara dəstək olub, onların səsinin eşidilməsinin zəruriliyini vurğulayıblar. Sonda uşaqlara təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























