Expressbankda qanvermə aksiyası keçirilib
(®) Expressbank korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib.
Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyəti peşəkar həkim-hemotoloq tərəfindən müayinə olunduqdaq sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb.
8 may Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş ofisində keçirilən aksiyaya Bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin Bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib.
Qeyd edək ki, qanvermə aksiyaları Expressbankda artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























