Commerzbank-da neftin qiymətilə bağlı yeni proqnoz
Commerzbank 2025-ci ilin ikinci rübünün sonuna qədər Brent markalı neftin qiymətinin 70 dollar/barel olacağını, ikinci rübdən sonra qiymətin 75 dollara yüksələcəyini proqnozlaşdırır.Almaniyanın maliyyə təşkilatı Commerzbankı ikinci rübdən sonra neft qiymətlərinin artacağını gözləyir, çünki ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların təsiri ilə neft tədarükü azalacaq.
Marja xəbər verir ki, ikinci rübün sonunda Brent markalı neftin bir barelinin qiymətini 70 dollar qiymətləndirən Commerzbank, ikinci rübdən sonra qiymətin 75 dollar olacağını proqnozlaşdırıb.
Hazırda beynəlxalq bazarlarda Brent markalı neft 70 dollardan bir qədər yuxarı qiymətlərə ticarət olunur.
Gömrük rüsumlarının (tariflər) qlobal iqtisadi artıma təsiri, ABŞ-da mümkün tənəzzüllə bağlı narahatlıqlar və OPEC+ qrupunun hasilatı artırmaq planları bazarlara təsir etməkdə davam edir.
ABŞ prezidenti Donald Trampın proteksionist siyasəti qlobal bazarlarda qeyri-müəyyənliyi artırır. Tramp ölkəsinin ən böyük neft tədarükçüləri olan Kanada və Meksikaya tarifləri müvəqqəti təxirə saldığını açıqlayıb. Çin mallarına rüsumları artırıb, Çin və Kanada ABŞ-a tariflər ilə cavab verib.
Dünyada inflyasiya ilə mübarizə davam etsə də, tənəzzüllə bağlı narahatlıqlar iqtisadiyyatlara təzyiq göstərməkdə davam edir. Trampın tariflər vasitəsilə başladığı ticarət müharibəsi ölkə iqtisadiyyatındakı qeyri-müəyyənlikləri dərinləşdirir.
Tramp bazar günü verdiyi müsahibədə iqtisadi proqnozlara "nifrət etdiyini" deyib və əlavə edib: "Hazırda keçid dövründəyik, çünki etdiyimiz işlər böyükdür. Biz Amerikaya rifahı qaytarırıq və bu, böyük bir addımdır. Bu kimi böyük dəyişikliklər həmişə müəyyən vaxt tələb edir."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
10 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
17 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 28 d. əvvəl
- 33 d. əvvəl
-
51 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)
.jpg)







.jpg)









