Olimpiya çempionları Azercell-in qonağı oldular
Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşdü. Görüş Cüdo Federasiyasının və Azercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutub.
“Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik edib.
Z. Zeynalova Azercell və Cüdo Federasiyasının əməkdaşlığı haqqında da danışıb:
“Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır. Cüdoçularımızın ardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsi bizi qürurlandırır. Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalı olmasına çalışırıq. Federasiya ilə birgə səylərimiz nəticəsində “Qızlara ağ yaraşır”, “Söz verirəm” və “Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin təbliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.
Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in “SuperSən” tarif paketinə abunə oldular. Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə görüşü baş tutub.
Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 29 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























