Qlobal bankdan yeni proqnoz - YAYDA NEFT DAHA DA BAHALAŞACAQ
Morgan Stanley, Brent markalı neftin barrel qiymətinin yayda 90 dollara yüksələcəyini gözləyir.Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Morgan Stanley, OPEC+ ölkələrinin hasilatlarını azaltmaları və neft emalı zavodlarına edilən son dron hücumlarından sonra Rusiyanın neft hasilatının azalacağını əsas gətirərək, 2024-cü ilin üçüncü rübü üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 10 dollar artıraraq 90 dollar/barelə qaldırıb.
Marja.az xəbər verir ki, Morgan Stanley ikinci və üçüncü rüblər üçün OPEC və Rusiya üçün tədarük proqnozunu gündəlik 0,2-0,3 milyon barel azaldıb.
Bank 2024-cü ilin birinci rübü üçün Brent neftinin qiyməti üzrə proqnozunu 82,5 dollardan 85 dollara, ikinci rüb üçün proqnozunu 82,5 dollardan 87,5 dollara, dördüncü rüb üçün qiymətləri isə əvvəlki 80 dollardan 85 dollara qaldırıb.
Bazar ertəsi Brent markalı neftin bir barelinin qiyməti 87 dolları görüb. Ukraynanın ilin əvvəlindən Rusiyanın neft infrastrukturuna hücumlarını artırması, Rusiyanın bir neçə iri neft emalı zavodunu vurması ilə qiymətlər dəstəklənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















