Neftə tələbatın artım tempi aşağı düşür - Beynəlxalq Enerji Agentliyi
Beynəlxalq Enerji Agentliyi: zəif iqtisadi proqnozlar, enerji səmərəliliyinin yaxşılaşdırılması və elektrik avtomobillərinin artan satışları neftdən istifadəni getdikcə azaldırBəəzi regionlarda kəskin hava şəraiti və OPEC+ ölkələrinin hasilatın yeni azaltmaları səbəbindən 2024-cü ilin birinci rübündə qlobal neft hasilatı 2023-cü ilin dördüncü rübü ilə müqayisədə gündəlik 870 min barel (barel/gün) azalacaq.
Marja.az xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) mart hesabatında yer alıb.
Agentliyin proqnozuna görə, 2024-cü ildə qlobal neft hasilatı OPEC+ ölkələrinin hasilatın düzəlişləri nəzərə alınmaqla, gündəlik 800 min barel artaraq 102,9 milyon barel/günə çatacaq.
IEA-nın proqnozuna görə, 2024-cü ildə OPEC+ üzvü olmayan ölkələrin neft hasilatı gündəlik 1,6 milyon barel artacaq. ABŞ istehsalın artımında liderlik edəcək. Qayana, Braziliya və Kanadada da istehsalın əhəmiyyətli artımı gözlənilir. IEA qeyd edir ki, bütün bu ölkələrdə ilin sonuna qədər neft hasilatının rekord həddə çatacağı gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) mart ayı hesabatında yer alan proqnoza görə, qlobal neft tələbatının gündəlik artımı 2023-cü ildəki 2,3 milyon bareldən 2024-cü ildə 1,3 milyon barelə düşəcək.
IEA vurğulayır ki, 2024-cü ildə neftə tələbat artımının azalması göstərir ki, qlobal neft istehlakı pandemiyadan sağalma ilə əlaqədar illərlə davam edən qeyri-sabitlikdən sonra tarixi tendensiyalara qayıdır. Agentlik qeyd edir ki, "zəif iqtisadi proqnozlar, enerji səmərəliliyinin yaxşılaşdırılması və elektrik avtomobillərinin artan satışları neftdən istifadəni getdikcə azaldır".
BEA-nın məlumatına görə, neftə tələbat artımı getdikcə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvü olmayan ölkələrə doğru dəyişəcək və Çinin dominantlığı getdikcə azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)




