10,7 milyon manata sitrus bağı salınıb - Rusiyaya da ixrac edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.
Dövlətimizin başçısı “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.
“Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verdi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.
Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.
Bildirilib ki, hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur.
Qeyd olundu ki, 2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır.
Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 18 d. əvvəl
-
33 d. əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib




















