Dövlət Xidməti 2 kolbasa və sosiska istehsalçısı haqqında iş qaldırıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “HALAL PAYIM" MMC və “AY-MİN” MMC şirkətləri haqqında iş qaldırıb.
Marja.az-ın əldə etdiyi məlumata görə, iş Dövlət Xidmətinin təşəbbüsü ilə qaldırılıb.
İşin ümumi halı kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusunun araşdırılmasıdır.
Qanun pozuntusunun əlamətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləridir (əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi).
İşlərə baxılması davam edir.
Qeyd edək ki, “HALAL PAYIM" MMC "Payım" əmtəə nişanlı məhsulların, "Ay-Min" MMC isə "Flaqman" əmtəə nişanlı məhsulları istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
17 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
20 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
21 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















