ABŞ xam nefti ayı bazarına daxil olub
ABŞ xam neftinin qiyməti ayı bazarına daxil olub.
Marja.az xəbər verir ki, nNeft ardıcıl dördüncü həftədir ucuzlaşır. Çünki normal tədarük və artan ehtiyatlar OPEC+un liderləri olan Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmalarını kompensasiya edir.
ABŞ xam neftinin bir barelinin qiyməti sentyabrdakı yüksək səviyyədən 20 faiz aşağı düşərək 73 dollara düşüb. Cümə axşamı Brent markalı neft 5 faiz ucuzlaşıb. Bu azalmalar ABŞ-da açıqlanan xam neft ehtiyatı məlumatlarının ardıcıl 4-cü həftə artıma işarə etməsindən sonra baş verib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri tərəfindən kollektiv və könüllü hasilatın azaldılmasına baxmayaraq, xam neftdə may ayından bəri ən uzunmüddətli ucuzlaşma baş verib. İsrail-Həmas müharibəsinin geniş ərazilərə yayılmaması və neft tədarükünü kəsməməsi də ucuzlaşmaya təsirli olub.
Bu aykı OPEC+ toplantısında hasilatın kəskin azaldılması barədə qərar olacağı gözlənilimir. Gələn ilin ilk yarısında potensial ucuzlaşmanın qarşısını almaq üçün daha kəskin hasilat azaldılması edilə bilər.
Bakı vaxtı ilə saat 09:50-də Brent nefti 77,53 dollardan, ABŞ xam nefti isə 73 dollardan ticarət olunub.
Ayı bazarı - qiymətin ən yüksək səviyyəsindən 20% və daha çox düşməsinə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






