Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı
(®) Ölkənin birinci bankı Kapital Bank 5000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir.
“Agile” iş tərzi, davamlı və sürətli inkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karyera imkanlarına sahib olmaq istəyən İT mütəxəssislər üçün yeni vakansiyalar elan edib.
Əsas rəqabət üstünlüyü və işçi dəyər təklifi öyrənmə, eləcədə inkişaf üzərinə qurulan bank namizədlərə peşəkar mühit, yeni biliklər və qabaqcıl təcrübə vəd edir. Uğurlu rəqəmsal və data transformasiyası yolunda olan bank innovativ yenilikləri tez qavrama və onlarla çalışma bacarığı ilə yanaşı əməkdaşlarına böyük beynəlxalq təcrübə qazandırır.
Nüfuzlu “Great Place To Work” (“Mükəmməl iş yeri”) mükafatını Azərbaycanda alan ilk bank da məhz Kapital Bank-dır. Əsas məqsədi əməkdaşlarının inkişafı üçün mükəmməl karyera imkanları yaratmaq olan Kapital Bank komandasına qoşulmaq istəyənlər https://hr.kapitalbank.az saytına daxil olaraq şəxsi kabinet yaradıb özləri barədə ətraflı məlumatları qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
18 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 18 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
21 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
22 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















