Litium nəhəngindən 4,3 milyard dollarlıq alış təklifi
Dünyanın ən böyük akkumulyator metalı istehsalçısı olan ABŞ-ın "Albemarle" şirkəti, Avstraliyanın "Liontown" litium şirkətini almaq üçün təklifini 20 faiz artıraraq 4,3 milyard ABŞ dollarına çatdırlb. "Liontown"un təklifi qəbul etməyi düşündüyü bildirilir. Litium yumşaq, gümüşü-ağ qələvi metaldır.Avstraliyanın litium mədən şirkəti "Liontown Resources Ltd" dünyanın ən böyük akkumulyator metalları istehsalçısı olan ABŞ-ın "Albemarle Corp." şirkətindən 6,6 milyard Avstraliya dolları (4,3 milyard ABŞ dolları) məbləğində yeni alış təklifini qəbul etməyə hazır olduğunu bildirib.
Marja.az xəbər verir ki, bazar ertəsi "Liontown", sonuncu dəfə "Albemarle" üçün təklifini 20 faiz artırıb. Avstraliyanın mədən şirkətinin səhmləri Sidneydə 8,8 faiz bahalaşıb.
Bu satınalmanın litiuma artan tələbat fonunda startapların və ya əvvəllər az tanınan şirkətlərin səhmlərinin qiymətlərinin 10 dəfədən çox artdığı Avstraliyanın litium sektorunda güclü yüksəlişə təkan verəcəyi gözlənilir.
"Liontown" şirkəti, dünyanın ən böyük litium ixracatçısı olan Avstraliyada ən perspektivli litium layihələrindən birinə malikdir. Şirkətin Tesla və Ford Motor kimi nəhənglərlə təchizat müqavilələri var.
Elektrikli avtomobil akkumulyatorlarının əsas komponenti olan litiumun qiymətləri keçən ilin sonundakı pik həddi ilə müqayisədə yarıya qədər düşüb. Bu, bəzi mədən şirkətlərinin səhmlərinin dəyərlərinin azalmasına səbəb olub. Belə bir vəziyyət satınalmalar üçün fürsətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)





