Facebook "ölməkdən" uzaqdır
Meta-nın son rüblük hesabatına görə, Facebook-un aylıq 3 milyarddan çox aktiv istifadəçisi var.
Marja.az xəbər verir ki, Facebook, gənclər arasında populyarlığının azalmasına baxmayaraq, platforma "ölməkdən" uzaqdır.
Meta-nın WhatsApp, Instagram, Messenger və Threads-ın daxil olduğu bütün proqramlar ailəsində aylıq 3,88 milyard aktiv istifadəçi var. Bu, dünya əhalisinin təxminən yarısıdır.
Meta və onun investorları üçün əhəmiyyətli olan gündəlik aktiv istifadəçilərin sayı da artmaqda davam edib. Daha əvvəlki rübdə 2,037 milyard olan Facebook-un gündəlik aktiv istifadəçi sayı ötən rübdə 2,064 milyard təşkil edib.
Metanın gəliri ilin ikinci rübündə artıb
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin ikinci rübündə 11 faiz artaraq 32 milyard dollara çatıb.
27 iyul 2023-cü il, cümə axşamı, 06:28
Yenilənib: Cümə axşamı, 27 İyul 2023, 06:28
Metanın gəliri ilin ikinci rübündə artıb
Meta aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb. Hesabata görə, şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 32 milyard dollara çatıb. Beləliklə, şirkət 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq ikirəqəmli gəlir artımına nail olub. Meta 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə etmişdi.
Meta-nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhmbaşına qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb.
Meta "çətiri" altında olan Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib. “Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5 faiz artaraq iyun ayı üzrə 2,064 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 3 faiz artaraq 3,03 milyarda yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






