Rusiyada borşun qiyməti 10 ildə 2 dəfə artıb
Rusiya Statistika Komitəsinin (Rosstat) məlumatlarına əsaslanan aparılan hesablamalara görə, Rusiyada borşun qiyməti on il ərzində iki dəfə artaraq 316 rubla çatıb.
Marja xəbər verir ki, ənənəvi reseptə görə üç litr borş hazırlamaq üçün 500 qram mal əti, 300 qram kartof və kələm, 200 qram yerkökü və çuğundur, 100 qram soğan, həmçinin 30 qram tomat pastası, 5 qram sarımsaq,17 qram günəbaxan yağı, 4 qram şəkər və duz lazımdır.
Əgər 2013-cü ilin may ayında bu məhsulları almaq bir rusiyalıya 161 rubla başa gələrdisə, keçən ilin fevralında onların qiyməti 283,5 rubla, cari ilin mayında isə 316 rubla qədər artıb.
Borş üçün 10 ildə ən bahalı tərkib hissəsi tomat pastası olub - 3,1 dəfə bahalaşıb. Sonra soğan (2,5 dəfə) və sarımsaq (2,3 dəfə) gəlir.
Rosstatın məlumatına görə, may ayında mal ətinin kiloqramı 493 rubl, kartof 36 rubl, yerkökü 58 rubl, çuğundur 39 rubl, soğan 73 rubl, kələm 60 rubl, sarımsaq 266 rubl olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
9 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi



















