ABŞ-da inflyasiya son 2 ilin ən aşağı səviyyəsindədir - FED PAUZA VERƏ BİLƏR
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. İllik inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə düşüb.ABŞ-da inflyasiya yavaşlayıb və bu, mərkəzi bank FED-in bu ay faiz artırmağı dayandıracağına dair gözləntiləri dəstəkləyir.
Marja xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, yanacaq qiymətlərinin azalması səbəbindən istehlak qiymətləri may ayında aprel ayı ilə müqayisədə 0,1 faiz artıb. Əvvəlki ayda aylıq artım 0,4 faiz idi.
İllik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
İqtisadçıların proqnozu aylıq 0,1 faiz, illik isə 4,1 faiz artım idi.
Bu dövrdə baza inflyasiyası da illik müqayisədə azalıb. FED-in yaxından izlədiyi baza inflyasiya, proqnozlara uyğun olaraq aylıq 0,4 faiz artaraq üçüncü ayda da artmağa davam edib. İllik müqayisədə baza inflyasiya 5,5 faizdən 5,3 faizə düşüb. Proqnoz 5,2 faiz idi.
Məlumatlardan sonra FED-in bu həftəki iclasında da faiz artırıb-artdırmayacağı maraqla gözlənilir.
Bəzi FED rəsmiləri, o cümlədən FED sədri Jerome Powell, 13-14 iyun iclasında pauza olacağına işarə ediblər. İqtisadçıların da ümumi gözləntisi FED-in faiz dərəcələrini dəyişməyəcəyidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
17 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























