Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçi Qrupu yaradılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İşçi Qrupu İKTA-nın Azərbaycanda 5G infrastrukturunun qurulması və geniş tətbiqi məqsədilə 5G Strategiyasının hazırlanması üzrə tədbirlər planı çərçivəsində yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçılarının, o cümlədən ölkədə fəaliyyət göstərən mobil operator, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.
İşçi Qrupunun əsas məqsədi Azərbaycanda növbəti illər ərzində rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək üçün ən müasir və yeni yaranan texnologiyaların yayılması üzrə tələbləri özündə əks etdirən vahid 5G Strategiyasını hazırlamaqdır.
5G Strategiyasının məqsədi ölkədə təhlükəsiz və dayanıqlı beşinci nəsil (5G) infrastrukturunun inkişafı və tətbiqi üçün bütün maraqlı tərəflərin yanaşmalarını nəzərə almaqla strateji yanaşmanı formalaşdırmaq və müştəri təcrübəsində əhəmiyyətli təkmilləşdirmələrə nail olmaqdır.
İşçi Qrupunun iştirakı ilə mütəmadi görüşlərin keçirilməsi, 5G Strategiyasının hazırlanması zamanı vacib olan mərhələlər və onların icrası ilə bağlı görüləcək işlərə dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















