Bakıd “FİNTEX SAMMİT 2023”tədbiri keçiriləcək
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə 13-14 iyun 2023-cü il tarixlərində “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” adlı Sammit keçiriləcək.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan və iki gün davam edəcək Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.
Sammit səkkiz Paneldən ibarət olmaqla, “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafinda Ümummilli Lider Heydər Əliyevin rolu”, “Gələcək: rəqəmsal bank”, “Ayrılmaz ekosistemlər: bankçılıq və texnologiya”, “Ödənişlərdə növbəti böyük partlayış (BIG BANG)”, “Komplayns üçün rəqəmsal həllər”, “Super bank tətbiqləri, yaxud super fintex xidmətləri”, “Kibertəhlükəsizlik” və “ESG üçün faydalı olan sektor üçün faydalıdır” kimi mövzuları əhatə edəcək.
Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sammit çərçivəsində, 13 iyun 2023-cü il tarixində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutacaq. 2022-ci ilin noyabr ayında yaradılan və ikinci iclası Bakıda keçiriləcək Şuranın iclasına üzv ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və qonaq qismində Macarıstan, Şimali Kipr Banklar Assosiasiyasının rəhbərləri və nümayəndələri qatılacaq.
Bundan əlavə, Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasıyası (IFC), “Türk Katılım Banklar Birliği” və Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.
1200 iştirakçının qatılacağı Sammitdə 50-yə yaxın spikerin əlaqədar mövzularda çıxış etməsi gözlənilir.
Qeyd edək ki, bu Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Beynəlxalq Bankçılıq Forum”dur.
Əlavə məlumat üçün: https://www.gbmevents.az/en/events
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















