İlon Mask da həyəcan təbili çaldı: Yeni bəla gəlir
ABŞ-da bank böhranı ilə bağlı hay-küy səngiməmiş, başqa bir sektorda - kommersiya daşınmaz əmlakı sektorundakı problemlərdən danışılır. Ötən illərdə Amerika maliyyə sisteminin sağa-sola payladığı asan və ucuz pulların növbəti qurbanlar ilə nəticələnəcəyi gözlənilir.
Marja xəbər verir ki, ABŞ-ın bank sektorunun problemləri hələ də həll olunmaqdan uzaqdır. Sektor əlavə likvidlik vədləri və əmanətçilərə təminat verilməsilə müvəqqəti sakitləşib. Amma yeni təhlükə əlavə olunub - kommersiya daşınmaz əmlakı (Commercial real estate) borcları.
Bu seqmentin borcları 4,5 trilyon dollar təşkil edir ki, bunun da təxminən 70 faizi orta və kiçik banklara məxsusdur. Kommersiya daşınmaz əmlakına kredit vermək 2008-ci il böhranından sonra sərfəli olub: borc alınaraq ofislərə, pərakəndə satış sahələrinə və otellərə investisiyalar yatırılıb.
"Kartlar" koronavirus pandemiyası ilə qarışıb: bir çox müəssisə uzaqdan (onlayn) işləməyə keçib, icarə obyektlərə tələbat azalıb və bir çox binalar boşdur. Tənəzzül zamanı bu dinamika daha da pisləşəcək.
Eyni zamanda, 1,5 trilyon dollarlıq ödənişlərin pik həddi 2023-2024-cü illərə düşür. Bütün borcalanlar borclarını ödəyə bilməyəcəklər. Fed-in faiz dərəcələrini kəskin artması borc pulunu daha bahalaşdırıb, ona görə də defoltların artması ehtimalı var.
Bu faktın reallaşması, qarşıda duran tənəzzüllə birlikdə girov obyektlərinin həm fiziki mənada, həm də birjada dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Bank of America-ya görə, kommersiya daşınmaz əmlak ilə təminatlı qiymətli kağızlar 2009-cu ilin oktyabrından bəri ən aşağı səviyyədədir. İnvestisiya bankçıları bildirirlər ki, bu, qiymətli kağızlara böyük sərmayələri olan regional banklar üçün çox yaxşı əlamət deyil.
Amerikalı sahibkar və milyarder İlon Mask da kommersiya daşınmaz əmlakın riskləri barədə xəbərdarlıq edib.
"Bu, əlbəttə ki, gözlənilən ən ciddi problemdir", - deyə o, Twitter-də yazıb.
Ümumiyyətlə, əvvəllər verilmiş kreditlər üzrə defolt riski (verilmiş kreditlərin ödənilməməsi riski) yüksəkdir, xüsusən də bir neçə il hər kəsə “ucuz dollar” paylayan banklar üçün. JPMorgan hesab edir ki, bank sektorunda itkilər 38 milyard dollar təşkil edə bilər.
Əlbəttə ki, tənzimləyicilər kütləvi defolt, işsizlik və tənəzzüllə dolu olan genişmiqyaslı böhranın qarşısını almağa çalışırlar. Fed, dövlət istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızlarla təmin edilmiş bank krediti proqramına başlamışdır ki, onlar aşağı bazar qiymətinə deyil, nominal qiymətə qəbul edilir.
Maliyyə bazarındakı problemlər təkcə banklara deyil, həm də digər qurumlara, məsələn, hedcinq fondlarına, sığorta şirkətlərinə - istiqrazların devalvasiya riskinin olduğu istənilən sahələrə aiddir. Müştəri vəsaitlərinin kütləvi şəkildə çıxması və likvidlik böhranı halında onların potensial iflasları da müəyyən sistem riskini təmsil edə bilər.
Ekspertlər bildirirlər ki, “asan pul erası” başa çatdıqca, iqtisadi artım yavaşlayacaq və tənəzzül yaxınlaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
4 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
59 d. əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi məzənnələr açıqlandı
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
Ən çox oxunanlar
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb

















