Prezidentdən "ofşor dövlətlər" Fərmanı
Azərbaycan Prezidenti İlham Əliyev “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
“Marja” xəbər verir ki, Fərman ilə “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” təsdiq edilib. Fərman “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınıb.
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin SİYAHISI
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Antil Adaları (Niderland)
6. Baham Adaları
7. Bəhreyn
8. Bermud Adaları
9. Britaniya Vircin Adaları
10. Beliz
11. Barbados
12. Cəbəllütariq
13. Cersi
14. Dominika
15. Honkonq (Çin)
16. Kayman Adaları
17. Kuk Adaları
18. Kosta-Rika
19. Qernsi
20. Qrenada
21. Liberiya
22. Lixtenşteyn
23. Maldiv Adaları
24. Men Adaları
25. Marşal Adaları
26. Montserrat
27. Monako
28. Makao (Çin)
29. Nauru
30. Niue
31. Panama
32. Palau
33. Seyşel Adaları
34. Sent Kits və Nevis
35. Samoa
36. Sent Vinsent və Qrenadin
37. Sent Lusiya
38. Törks və Kaykos Adaları
39. Vanuatu
40. Vircin Adaları (ABŞ)
Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi AR-nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və ya maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.
Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş dəyişikliklər barədə buradan oxuyun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
8 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
14 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
59 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)








.jpg)







